18:49 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
768 0 0

Xəstə köçürüldükdən sonra Tədris Cərrahiyyə Klinikasının Kardiologiya və Urologiya şöbəsi boşaldılıb və dezinfeksiya edilib.

BAKI, 13 mart — Sputnik. Ötən gün Azərbaycanda koronavirusdan dünyasını dəyişən şəxsin ATU-da vəfat etdiyi haqda sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib: "Ötən gün "COVID-19" virusundan dünyasını dəyişən 1969-cu il təvəllüdlü qadın Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölməyib. Həmin şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna transfer olunmuşdu".

"Xəstə köçürüldükdən sonra Tədris Cərrahiyyə Klinikasının Kardiologiya və Urologiya şöbəsi boşaldılıb və dezinfeksiya edilib. Bununla belə, hər ehtimala qarşı qadınla təmasda olan 110 nəfərdən analiz götürülüb. Nəticələr neqativ çıxıb. Bundan başqa, onu da qeyd edim ki, iki rezidentin bu virusa yoluxması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir".

 

Əsas mövzular