Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dəhşətli proqnoz – Dünya əhalisinin 50%-i koronavirusa yoluxacaq

© AFP 2023 / CHAIDEER MAHYUDDINМедицинский работник в инфекционном отделение, фото из архива
Медицинский работник в инфекционном отделение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Con Hopkins Universitetinin (John Hopkins University) məlumatına görə, dünya üzrə koronavirusa 118 100 nəfər yoluxub, 4260 nəfər xəstəlikdən dünyasını dəyişib.

BAKI, 11 mart — Sputnik. Dünya əhalisinin 40-50%-i koronavirusa yoluxa bilər. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, bunu Türkiyə Kliniki Mikrobioloji və İnfeksion Xəstəlikləri Dərnəyinin rəhbəri və Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus qurumunun üzvü professor doktor Alpay Azap bildirib.

Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Koronavirus dəhşəti: "İranlı şəhidlər", İtaliyanın "rekordu" və xəstə səhiyyə naziri

O, qeyd edib ki, bütün dünyanı təsiri altına alan koronavirusu ilə bağlı bir sıra riyazi hesablamalar həyata keçirilib: "Xəstəliyin yayılma arealı ilə bağlı riyazi hesablamalara əsaslanan bir sıra modellər var. Belə modellərin bəzilərinə görə, qarşıdakı bir il ərzində dünya əhalisinin 40-50%-nin bu virusa yoluxa biləcəyi bildirilir".

Azap eyni zamanda virusa qarşı dərmanın və ya peyvəndin olmadığını xatırladaraq qeyd edib ki, koronavirusa yoluxmamağın ən yaxşı rolu gigiyena qaydalarına riayət etməkdir.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

Bütün ölkə karantinə alındı – Koronavirus orada tüğyan edir

Con Hopkins Universitetinin (John Hopkins University) məlumatına görə, dünya üzrə koronavirusa 118 100 nəfər yoluxub, 4260 nəfər xəstəlikdən dünyasını dəyişib.

Koronavirus altı qitədə 100-dən çox ölkənin ərazisində yayılıb.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0