08:25 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
56720

Qar axşam saatlarında yağanda ağ rəngdə olub. Səhər yuxudan qalxdıqda isə qarın rənginin qaraldığını bildiriblər

Leyla Abdullayeva, Sputnik  Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Hadisə şimal bölgəsində baş verib. Ötən gün hadisəyə Qubada rast gəlinib. Qubanın Afurca, Təngəaltı və Aydınkənd kənd sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, son günlərdə yağan qarın rəngi fərqli olub. Belə ki, qar axşam saatlarında yağanda ağ rəngdə olub. Səhər yuxudan qalxdıqda isə qarın rənginin qaraldığını bildiriblər. Kənd sakinləri belə halla ilk dəfə qarşılaşdıqlarını deyiblər.

© Sputnik / Leyla Abdullayeva
Qubaya yağan qara qar

Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən insanlara bildirilib ki, qarın rənginin tünd olmasının səbəbi Mərkəzi Asiyadan və Cənubdan ölkəmizə tozlu hissəciklərin daxil olması ilə əlaqədardır. Bir gün əvvəl Şabran və Xaçmaz rayonlarında palçıqlı yağış yağıb. Bunun da havanın həddindən artıq çirkli olması ilə əlaqədar olduğu bildirilir.

Əsas mövzular