CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu xəstəxanalar təmir ediləcək - İcbari tibbi sığortaya görə

© AFP 2023 / DIMITAR DILKOFFБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı təmirə ehtiyacı olan xəstəxanalar, tibb məntəqələri təmir edilərək müasir tələblərə cavab verəcək şəklə gətiriləcək

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqinə görə xəstəxanalar müasir standartlarda qurulacaq. Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı təmirə ehtiyacı olan xəstəxanalar, tibb məntəqələri təmir edilərək müasir tələblərə cavab verəcək şəklə gətiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi idarə heyətinin sədri Zaur Əliyev məlumat verib. Agentlik rəsmisinin sözlərinə görə, təmir-bərpa işləri mərhələli şəkildə həyata keçiriləcək. Qeyd edək ki, bu il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İlkin mərhələdə prosesə respublikanın şimal-şərq rayonlarından başlanılıb.

Xəbər lenti
0