CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa görə xəstəxanalara yerləşdirilənlərin sayı açıqlandı

© AFP 2023 / JEAN-SEBASTIEN EVRARDСтетоскоп, фото из архива
Стетоскоп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir. Bununla da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı 57 nəfərə çatıb

BAKI, 26 fevral — Sputnik. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib.

Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlardan 6-sının vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.

Защитная маска на столе - Sputnik Azərbaycan
Adi maskalar koronavirusdan qoruyurmu, yaxud da N95 tipli maskalar niyə tapılmır?

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə, artıq məlumat verdiyimiz kimi, müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Nazirlik ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik. Kütləvi informasiya vasitələrindən xəbər başlıqlarının məzmununda çaşqınlığa səbəb olan ifadələrdən istifadə etməməyi xahiş edir.

Report-un məlumatına görə isə İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb. İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.

Bununla da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı 57 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər karantin məqsədi ilə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0