CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisadiyyat Nazirliyi maskaların qiyməti ilə bağlı məlumat yaydı

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidЛюди в медицинских масках, фото из архива
Люди в медицинских масках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunub ki, qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək

BAKI, 24 fevral — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycanda tibbi maskaların qiymətinin qalxdığı müşahidə olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, paytaxt apteklərində maskaların qiyməti 10 qəpikdən 20 qəpiyədək qalxıb. Bəzi apteklərdə isə maska qıtlığı müşahidə olunur. Bundan başqa, adambaşına verilən maskaların da sayında limit var. Bu barədə Sputnik Azərbaycan-a apteklərdən məlumat verilib.

Maskaların qiyməti ilə bağlı olaraq İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə araşdırmalar aparılır. Qeyd olunub ki, qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək. 

Xatırladaq ki, bir neçə gün öncə Baş Nazir Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilir ki, əsasən yeni koronavirus  xəstəliyinin (COVID-2019) dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.

Xəbər lenti
0