06:19 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
36204

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır

BAKI, 23 fevral — Sputnik. "Sosial şəbəkələrdə koronovirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

"Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, sosial şəbəkə və messencer proqramlarında Azərbaycanda koronavirusa yoluxma halları ilə bağlı məlumatlar, səs yazıları paylaşılır.

Əlaqədar

Naxçıvandan Türkiyəyə getmək çətinləşəcək
ÜST koronavirusla bağlı qorxunc rəqəmlər açıqladı
İran koronavirusla mübarizəyə... hərbçiləri cəlb edir
Astara ilə Biləsuvar gömrük-sərhəd məntəqələri bağlandı
Cənub qonşumuz koronavirusun cəngində - ölənlərin sayı 8 oldu

Əsas mövzular