18:57 04 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
91501

Nazirlər Kabinetinin maska, steril əlcəklər kimi bəzi tibbi məhsulların ölkədən axınını qadağan edən qərarı var. Baş nazir tərəfindən imzalanan qərarda son günlərdə bu axının kütləvi hal aldığı qeyd olunur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Bir neçə gün öncə Baş Nazir Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. 

Qərarda qeyd edilir ki, əsasən yeni koronavirus (COVİD-2019) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında belə bir halın müşahidə olunması, yəni müxtəlif yollarla tibbi ləvazimatların, maska, steril əlcək və bu kimi digər malların ölkədən kütləvi çıxarılmasının qiymətlərə təsirinin necə ola biləcəyi barədə danışıb: "Burada söhbət geriyə ixracdan, yəni başqa ölkədən Azərbaycana idxal olunan məhsulların ixracından gedir. Ehtimal ki, belə bir vəziyyətin yaranmasının səbəbi Çində baş verən koronavirusla bağlıdır. Hökumətin belə bir addım atmasının səbəbi də dezinfeksiya məhsullarının ölkədə çatışmazlığının qarşısını almaqdır".

"Lakin düşünmürəm ki, burada böyük həcmdə ixracdan söhbət gedir. Sadəcə olaraq, bu gün bir çox ölkələr kimi, Azərbaycan da mövcud vəziyyətə uyğun olaraq geriyə ixracı qadağan edir. Çünki ətraf ölkələrdə, o cümlədən də qonşu Rusiyada bir təlaş yarandı və koronavirusla əlaqədar olaraq tibbi maskaların, dezinfeksiya məhsullarının qiyməti sürətlə artdı. Bəzi hallarda hətta qiymətlərin 10 dəfəyədək artımı müşahidə edilir. Azərbaycanda isə hələlik ki, bu qiymətlər Rusiyadan aşağıdır. Düşünürəm ki, belə bir qərarın verilməsinin bir səbəbi həm də yaxın qonşumuz olan Rusiyaya bu malların daşınmasının qarşısını almaqdır", - deyə o əlavə edib.

Ekspert deyir ki, müəyyən qədər qıtlıq yaranarsa, bu zaman Azərbaycanda da qiymətlərdə artım nəzərə çarpa bilər: “Koronavirusla bağlı təlaş doğuran xəbərlərin, rəqəmlərin yayılması bu tibbi məhsullarının qiymətinə təsir edə bilər. Amma bununla belə Azərbaycanda bu sahədə qiymətlərdə kəskin artımın olacağını düşünmürəm”.

Nəhayət ki, xoş xəbər gəldi – Çin virusun dərmanını tapmaq üzrədir

Tibb üzrə ekspert Adil Qeybulla da məsələ ilə bağlı münasibətini bildirib: “Epidemiya təhlükəsi olduğu üçün Çindən ixraca qadağa qoyulub. Bu səbəbdən də tibbi ləvazimatların defisiti ortaya çıxır. Nazirlər Kabineti tərəfindən qəbul olunan qərar karantin tədbirləri çərçivəsində dəyərləndirilə bilər". 

Qeyd edək ki, istehlakçıların bir qismi artıq bəzi apteklərdə maskaların qiymətində cüzi də olsa artımın müşahidə edildiyini söyləyirlər.

Əsas mövzular