19:08 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
558 0 0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, 2 milyon 200 min Azərbaycan vətəndaşı İcbari tibbi sığorta xidmətindən yararlanıb

BAKI, 19 fevral — Sputnik. "İcbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərə isə psixi davranış pozuntularının müayinə və müalicəsi, QİCS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlər daxildir. Bu xidmətlər isə sonrakı illərdə təminata alına bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. O, bildirib ki, bu günədək 2 milyon 200 min Azərbaycan vətəndaşı İcbari tibbi sığorta xidmətindən yararlanıb: "Bu il yanvarın 1-dən ölkə üzrə 4 mərhələli şəkildə tətbiq olunmağa başlayan sığorta sistemi ilkin olaraq ölkənin şimal, şimal-qərb bölgəsində 23 rayonu əhatə edib və xidmətlərdən ölkə əhalisinin 27 faizi faydalanıb. Alınan xidmətlər, xidmətlər zərfi vasitəsilə tənzimlənir. İcbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərə isə psixi davranış pozuntularının müayinə və müalicəsi, QİCS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlər daxildir. Bu xidmətlər isə sonrakı illərdə təminata alına bilər".

Kliniki Tibbi Mərkəzdə koronavirusa görə saxlananların sayı açıqlandı: biri 3 ölkə dəyişib

O ki qalвı İcbari Tibbi Sığorta xidmətini həyata keçirəcək tibb məssisələrinə, Şükür Eyvazov onların TƏBİB-in tabeliyində olan 3042 dövlət tibb müəssisəsi olduğunu deyir: "Lakin istisnalar da olacaq. İcbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb. Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığortahaqları dövlət büdcəsi hesabına ödənilir. Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından İcbari tibbi sığorta haqqı tutulacaq: Yəni minimum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat İcbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq".

Əsas mövzular