Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Daş dövrünün pəhrizi" də təhlükəli çıxdı

© pixabay / Deedee86Девушка измеряет талию, фото из архива
Девушка измеряет талию, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son araşdırmalar göstərib ki, bizim əcdadlarımız "ekoloji təmiz" şəraitdə yaşasalar da, səhhətləri elə də həsəd aparılası olmayıb

BAKI, 19 fevral — Sputnik. Skandinaviyadan olan alimlər qədim insanların gündəlik qida rasionunu bərpa edərək öyrəniblər ki, onların istifadə etdikləri qidalar sağlamlıq üçün zərərli imiş.

Sputnik Azərbaycan "Quaternary International"a istinadən bildirir ki, qida qalıqlarında zəhərli metalların səviyyəsinin yüksək olduğu aşkarlanıb.

Məlumdur ki, qədimdə insanlar çox zaman çiy halda olan qidadan - heyvan, balıq ətindən, toxumlardan, giləmeyvədən və s. istifadə ediblər. Bu bilgi hazırda dəbdə olan paleodietanın əsasını təşkil edir: yəni onun menyusu daş dövrünün qida rasionu ilə təxminən eynidir. Bəzi dietoloqlar hesab edirlər ki, bu pəhriz çox faydalıdır, çünki tərkibində şəkər tozu, emal edilmiş yağlar, geni dəyişdirilmiş məhsullar və müasir insanların icad etdikləri digər əlavələr yoxdur.

Bakıda küçə kafesi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Əlinizdən gələni beş qaba çəkin - normal çəkiyə çatmaq üçün qızıl qaydalar

Ancaq son araşdırmalar göstərib ki, bizim əcdadlarımız "ekoloji təmiz" şəraitdə yaşasalar da, səhhətləri elə də həsəd aparılası olmayıb. Alimlər Norveçin şimal qütbünə yaxın hissələrində yerləşən "mətbəx çuxurlarını" araşdırıblar. Burada insanlar 6300-3800 il əvvəl yaşayıblar. Onların rasionunu daha çox dəniz məhsulları, məsələn, Qrenlandiya suitisi və Atlantika cod balığı təşkil edib. Analiz göstərib ki, cod balığının sümüyündəki kadmiumun səviyyəsi bugünkü yolverilən normadan 22 dəfə, suitinin sümüyündə isə - 15 dəfə çox olub. Hər iki halda qurğuşunun miqdarı isə 3-4 dəfə artıq olub. 

Kadmium torpaqda olur, orqanizmə düşərkən o, qaraciyər və böyrəklərdə toplanır, xərçəngin, osteoporozun, digər daxili xəstəliklərin yaranmasına səbəb olur. Qurğuşun isə sümüklərdə toplanaraq beynin və əsəb sisteminin işinə zərər yetirir.

Bundan başqa, adıçəkilən qida qalıqlarında, normaya yaxın olsa da, civə də tapılıb. Bu metal isə nevroloji və immun xəstəlikləri törədir. Müəlliflər qeyd edirlər ki, müasir insanın yediyi indiki qidalar o vaxtkılardan "daha təhlükəsizdir".

Hazırda dünya okeanında da civə ilə çirklənmə müşahidə olunur. Bu zəhərli maddə suya həm təbii yolla, həm də insan fəaliyyətinin nəticəsində düşür. Sonra o, dəniz canlılarının, o cümlədən ətini yediyimiz balıqların orqanizmində toplanır. 

Xəbər lenti
0