01:39 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
910

Tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub

BAKI, 17 fevral — Sputnik. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 17-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Bunlar Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü və Çinin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

Qeyd edilən tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur.

Əlaqədar

Çində 1770 nəfər koronavirusun qurbanına çevrilib
Çin səfiri koronavirusun mənşəyindən danışdı: "Deyirlər, ABŞ laboratoriyasında..." - VİDEO
Çində qiymətlər sürətlə bahalaşdı – Koronavirus səbəbindən
Koronavirusdan ölənlərin sayı SARS-ın qurbanlarını üstələdi
Koronavirusun bu yolla yayıla biləcəyini heç kim gözləmirdi

Əsas mövzular