06:14 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
15 0 0

Türkiyə Silahlı Qüvvələrinə məxsus ambulans-təyyarə fevralın 1-də Uhandan 42 nəfəri təxliyə edib. Onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.

BAKI, 15 fevral — Sputnik. Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları bu gün Ankarada yerləşən xəstəxanadan buraxılıblar.

Sputnik Azərbaycan xəbər verir ki, 6 Azərbaycan vətəndaşının 14 günlük karantin müddəti dünən başa çatıb. Onlar bu gün Bakıya gələcəklər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus ambulans-təyyarə fevralın 1-də Uhandan 42 nəfəri təxliyə edib. Onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yekun müayinələrə əsasən onların heç birində virus aşkarlanmayıb.

Əsas mövzular