Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda Hepatit C, İİV xəstələrinə şad xəbər

© © Sputnik / Denis AbramovQan nümunələri, arxiv şəkli
Qan nümunələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə hökumətin İİV/QİÇS, Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinə təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib

BAKI, 11 fevral — Sputnik. Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirməsi istiqamətində əməkdaşlığını davam etdirir. BMT-nin Bakı nümayəndəliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sonuncu dəfə Hepatit C müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ dərman preparatları Səhiyyə Nazirliyinə təhvil verilib.

Экспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanda QİÇS-ə yoluxanların sayı açıqlanıb

Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, "Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək" layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirir. Layihənin məqsədi həyat xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, bu layihə hökumətin İİV/QİÇS, Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinə təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Hökumət ilə bu uğurlu əməkdaşlığı nəzərə alaraq, adıçəkilən dərman vasitələrinin BMTİP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işinə davam etdirilir.

Xəbər lenti
0