CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nə yeyəcəyinizi bilin: qida zənbilimizin tərkibi və normaları açıqlandı

© AP Photo / Natacha PisarenkoЖенщина в супермаркете
Женщина в супермаркете - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaşayış minimumu artdıqca, minimum istehlak səbətindəki qida məhsullarından ət, balıq, süd və meyvə-tərəvəz məhsullarının çəkisi artırılır, un və çörək məhsullarının səbətdəki çəkisi azaldılır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Hər bir ölkədə yaşayış minimumu artdıqca, qida səbətinin tərkibi və səbətə daxil edilən məhsulların da çəkisi dəyişdirilir. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı ölkədə minimum yol verilən qida səbətinin tərkibinin dəyişdirilməli olduğunu bildirib. Putin deyib ki, hazırkı səbətdə çörək və un məmulatlarının, kartofun və yağın payı çox olduğu halda, balıq, ət və meyvə-tərəvəzin xüsusi çəkisi aşağıdır. O, hökumətə minimum qida səbətinin dəyişdirilməsini tapşırıb.

Qeyd edək ki, Azərbaycanda da minimum qida səbətinə dəyişikliklər edilir. Bəs görəsən, Rusiya ilə müqayisədə Azərbaycanda qida səbətinin əhalinin sağlamlığı baxımından keyfiyyəti necə qiymətləndirilir?

Sputnik Azərbaycan ölkəmizdə minimum istehlak səbətinin dəyərini, eləcə də ərzaq məhsullarının çəkisi baxımından qənaətbəxş olub-olmadığını araşdırıb.

İqtisadçı Rövşən Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda bu məsələ müstəqil ekspertlər tərəfindən dəfələrlə qaldırılıb. Hətta yaşayış minimumu haqqında qanunvericilik dövri olaraq minimum istehlak səbətlərinin tərkibinə baxılmasını zəruri edir: “İndi gəlin Putinin şikayət etdiyi Rusiya və Azərbaycanı müqayisə edək.

Diqqət edin, qida səbətində ət, balıq, meyvə və tərəvəz üçün minimum istehlak norması Azərbaycanla müqayisədə orta hesabla 1.5-2 dəfə yüksəkdir. Çünki sosial siyasətin məqsədləri üçün elmi baxımdan səhih əsaslandırılmış qida rasionundan istifadə insanların sağlamlığının ilk şərtidir”.

R.Ağayev deyir ki, Azərbaycanda da minimum qida səbətində insan sağlamlığı üçün vacib olan qida məhsullarının çəkisi artırılmalıdır.

Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ölkəmizdə minimum qida səbətində yer alan məhsulların çəkisi dəyişdirilir. Azərbaycan iqtisadi baxımdan inkişaf etdikcə, ölkəmizdə yaşayış minimumu artdıqca minimum qida səbətində yer alan insan orqanizmi üçün vacib məhsulların çəkisi də artırılır: "Qida səbətinə daxil edilən məhsulların çəkisini kortəbii dəyişmək olmaz. Bu, birbaşa yaşayış minumumu ilə bağlı olan məsələdir. Tutaq ki, biz qida səbətində balığın çəkisini əhəmiyyətli dərəcədə artırdıq. Əhalinin balığı alıb yeməyə maddi imkanı çatmayacaqsa, bu çəkini artırmağın heç bir mənası yoxdur. Amma son illər Azərbaycanda minimum qida səbətində əhəmiyyətli dəyişikliklər edilib. Bunu əvvəlki illərin minimum istehlak səbətinə nəzər yetirməklə müqayisə etmək olar".

Куриная голень, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Quşçuluq məhsulları idxal edən sahibkarlara müraciət edildi – Xəstəlik var

İ.Əhmədov deyir ki, Səhiyyə Nazirliyinin 57 nömrəli 30.08.2019 tarixli “Azərbaycan Respublikasının əhalisi üçün rasional fizioloji istehlak normaları” təsdiq edilib. Həmin normalarda minimum qida səbətində yer alan qida məhsullarının illik çəkisi əks olunub: “Əmək qabiliyyətli əhali üçün çörək və çörək məhsullarının çəkisi göstərilib. Buğda unu üçün bu norma illik 7,3 kq, günlük 20 qramdır. Buğda çörəyi üçün illik norma 71,9 kq, günlük 270 qramdır. Makaron məmulatları üçün illik qəbul edilməli olan norma 4,3 kq, günlük isə 12 qram təsdiq edilib. Kartof üçün illik norma 98,6 kq, günlük 270 qramdır”.

İ.Əhmədov bildirir ki, bu normalar 18 yaşdan 65 yaşa qədər olan aktiv əmək qabiliyyətli əhali üçündür.  Sadalanan qida məhsulları pensiyaçılar, 0-6 yaşlı uşaqlar və 7-15 yaşlı uşaqlar üçün fərqlidir: "Pensiyaçılar üçün buğda ununun norması illik 7,3 kq, günlük 20 qram, buğda çörəyi üçün illik norma 53,3 kq, günlük 200 qramdır. Makaron məmulatları üçün illik qəbul edilməli olan norma 4,3 kq, günlük isə 12 qram təsdiq edilib. Kartof üçün illik norma 94,9 kq, günlük 260 qramdır. 0-6 yaş arası uşaqlar üçün çörək və çörək məhsullarının çəkisi belədir: Buğda unu üçün bu norma illik 8,0 kq, günlük 22 qram, buğda çörəyi üçün illik norma 29,3 kq, günlük 110 qramdır. Makaron məmulatları üçün illik qəbul edilməli olan norma 5,7 kq, günlük isə 16 qram təsdiq edilib. Kartof üçün illik norma 42,0 kq, günlük 115 qramdır”.

“Çay nədir, say nədir” deyimi artıq aktual deyil – Saymasanız, bəlasına düşərsiniz>>

Kafedra müdiri deyir ki, 7-15 yaş uşaqlara isə buğda unu üçün bu norma illik 11,0 kq, günlük 30,0 qramdır: “Buğda çörəyi üçün illik norma 69,3 kq, günlük 260 qramdır. Makaron məmulatları üçün illik qəbul edilməli olan norma 4,3 kq, günlük isə 12 qram təsdiq edilib. Kartof üçün illik norma 102,2 kq, günlük 280 qramdır”.

Ekspert digər qida məhsulları üçün də illik və günlük normanın əhalinin yaşına görə dəyişdiyini söyləyir. Onun sözlərinə görə, tərəvəz və bostan məhsullarından kələm üçün əmək qabiliyyətli əhaliyə illik norma 27,4 kq, günlük 75 qram, pensiyaçılar üçün illik 32,9 kq, günlük 90 qram, 0-6 yaş arası uşaqlar üçün illik 23,7 kq, günlük 65 qram, 7-15 yaş arası uşaqlar üçün isə illik 25,6 kq, günlük 70 qramdır.

Головы коров, фото из архива - Sputnik Azərbaycan
“Leş Tofiq” dərs olub – Nə aldığınıza, nə yediyinizə ciddi diqqət yetirin

Pomidor üçün bu norma əmək qabiliyyətli əhaliyə illik 12,8 kq, günlük 35 qram, pensiyaçılar üçün illik 11 kq, günlük 30 qram, 0-6 yaş arası uşaqlar üçün illik 3,7 kq, günlük 10 qram, 7-15 yaş arası uşaqlar üçün isə illik 12,8 kq, günlük 35 qramdır.

Kök üçün əmək qabiliyyətli əhaliyə illik norma 11,0 kq, günlük 30 qram, pensiyaçılar üçün illik 12,8 kq, günlük 35 qram, 0-6 yaş arası uşaqlar üçün illik 14,6 kq, günlük 40 qram, 7-15 yaş arası uşaqlar üçün isə illik 14,6 kq, günlük 40 qramdır. Xiyarı əmək qabiliyyətli əhali ildə 14,6 kq, günlük 40 qram, pensiyaçılar illik 12,8 kq, günlük 35 qram, 0-6 yaş arası uşaqlar illik 11,0 kq, günlük 30 qram, 7-15 yaş arası uşaqlar 12,8 kq, günlük 35 qram istehlak etməlidirlər.

Meyvə və giləmeyvələrdən almanın əmək qabiliyyətli əhaliyə illik norması 18,3 kq, günlük 50 qram, pensiyaçılar üçün 20,1 kq, günlük 55 qram, 0-6 yaş arası uşaqlar üçün illik 18,3 kq, günlük 50 qram, 7-15 yaş arası uşaqlar üçün illik 18,3 kq, günlük 60 qramdır.

Ət və ət məhsullarına gəlincə əmək qabiliyyətli əhaliyə mal əti üçün illik norma 21,9 kq, günlük 60 qram, qoyun əti üçün illik 7,3 kq, günlük 20 qram, toyuq əti üçün illik 11,0, günlük 30 qram, bişmiş kolbasa isə illik 3,3 kq, günlük 12 qramdır. Pensiyaçılar üçün mal ətinə illik norma 16,4 kq, günlük 45 qram, qoyun əti illik 12,9 kq, günlük 8 qram, toyuq əti 12,8 kq, günlük 35 qramdır.

0-6 yaş arası uşaqlar isə minimum illik  norma 11,0 kq, günlük 30 qram mal əti, illik 2,9 kq, günlük 8 qram qoyun əti, illik 9,5 kq, günlük 26 qram toyuq əti yeməlidirlər. 7-15 yaş arası uşaqlar illik 20,1 kq, günlük 55 qram mal əti, illik 8,0, günlük 22 qram qoyun əti, illik 14,6 kq, günlük 40 qram toyuq əti istehlak etməlidirlər.

Süd üçün əmək qabiliyyətli əhaliyə illik minimum norma 65,7 kq, günlük 180 qram, kefir, qatıq və sair - illik 58,4 kq, günlük 200 qram, xama (20 faizli) - illik 24,8 kq, günlük 20 qram, kəsmik (9 faizli) - illik 46,7 kq, günlük 40 qram, pendir - illik 74,5 kq, günlük 30 qramdır. Bu məhsullardan süd pensiyaçılar üçün illik 43,8 kq, günlük 120 ml, kefir qatıq və sair illik 58,4 kq, günlük 200 ml, xama (20 faizli) - illik 18,6 kq, günlük 15 qram, kəsmik (9 faizli) - illik 70,1 kq, günlük 60 qram, pendir - illik 49,6 kq, günlük 20 qramdır.

0-6 yaş arası uşaqlar üçün illik süd 7,3 kq, günlük 200 qram, kefir, qatıq və sairə illik 58,4, günlük 200 qram, xama (20 faizli) - illik 19,9 kq, günlük 16 qram, kəsmik (9 faizli) - illik 46,7 kq, günlük 40 qram, pendir - illik 34,7 kq, günlük 14 qramdır. Bu məhsullardan süd 7-15 yaş arası uşaqlar üçün illik 65,7 kq, günlük 180 qram,  kefir, qatıq və sair - illik 64,2 kq, günlük 220 qram, xama (20 faizli) - illik 31,0 kq, günlük 25 qram, kəsmik (9 faizli) - illik 46,7 kq, günlük 40 qram, pendir illik 62,1 kq, günlük 25 qramdır.

Heyvandarlıq təsərrüfatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Alagözün identifikasiyası": bundan sonra heyvanlara 100 gün ömür bağışlayacaqlar

Balıq üçün də norma müəyyən edilib. Təzə balıq üçün əmək qabiliyyətli əhali üçün illik norma 16,4 kq, günlük 45 qram, pensiyaçılar üçün - illik 14,6 kq, günlük 40 qram, 0-6 yaş arası uşaqlar üçün - illik 9,5 kq, günlük 26 qram, 7-15 yaş arası uşaqlar üçün - illik 14,6 kq, günlük 40 qramdır. Əmək qabiliyyətli əhali ildə 219 ədəd, gündə 0.6 ədəd, pensiyaçı ildə 182, gündə 0.5 ədəd, 0-6 yaş arası uşaqlar ildə 164, gündə 0.4 ədəd, 7-15 yaş arası uşaqlar ildə 219, gündə 0.6 ədəd yumurta istehlak etməlidirlər.

Kərə yağı üçün isə əmək qabiliyyətli əhali minimum istehlak zənbilində illik norma 91 kq, günlük 25 qram, pensiyaçılar və 0-6 yaş uşaqlar üçün illik 7,3, günlük 20 qram, 7-15 yaş uşaqlar üçün isə illik 9,1 kq, günlük 25 qramdır”. 

 İ.Əhmədov deyir ki, yaşayış minimumu artdıqca, minimum istehlak səbətindəki qida məhsullarından ət, balıq, süd və meyvə-tərəvəz məhsullarının çəkisi artırılır, un və çörək məhsullarının səbətdəki çəkisi azaldılır.

Məsələn, Azərbaycanda 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib. O zaman qida məhsullarından əmək qabiliyyətli əhali uçün yumurta 150 ədəd olubsa, hazırda bu rəqəm 219 ədədə çatdırılıb. Kərə yağı isə 7,0 kq-dan 9,1 kq-a çatdırılıb. Təzə balıq üçün illik norma 7,7 kq-dan 16,4 kq-a çatdırılıb. Kartof isə o qədər də vacib məhsul sayılmasa da, 54,8 kq-dan 98,6 kq-a çatdırılıb.

Xəbər lenti
0