05:29 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
71 0 0

Terapevt Larisa Alekseyeva qışda anomal isti havanın insan sağlamlığına mənfi təsir göstərdiyini, bunun insanların çoxunda xroniki xəstəlikləri, hər şeydən əvvəl tənəffüs yolları və ürək-damar sistemi xəstəliklərini kəskinləşdirdiyini bildirib

BAKI, 20 yanvar — Sputnik. Rusiyalı terapevt Larisa Alekseyeva qışda anomal isti havanın insan sağlamlığına mənfi təsir göstərdiyini açıqlayıb. Həkimin sözlərinə görə, qış aylarında belə isti hava insanların çoxunda xroniki xəstəlikləri, hər şeydən əvvəl tənəffüs yolları və ürək-damar sistemi xəstəliklərini kəskinləşdirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirib ki, həkim qan təzyiqindən əziyyət çəkən xəstələrin də belə hava şərtlərində son dərəcə ehtiyatlı davranmalı olduğunu bildirib.

"Xüsusi risk qrupuna astma xəstələri də daxildir. Belə xəstələr ağrı hiss etməyə başlayırlar. Onların sinə nahiyəsində sıxılma, boğulma halları müşahidə edilir. Nəfəsalmada çətinləşmə və havaya çıxarkən tənəffüs yollarında ağırlaşma müşahidə edilir, öskürək artır", - deyən Alekseyevanın sözlərinə görə, allergiyalı xəstələrdə də belə havalarda ağırlaşma olur. Eyni zamanda qışda isti hava qastrit, böyrək və mədəaltı vəzi xəstəliyi diaqnozu qoyulan şəxslər üçün də təhlükəlidir.

"Həmçinin belə havada çoxlarının bədəninin bioloji ritmi, yuxu rejimi pozulur, yorğunluq hissi yaranır və halsızlıq, gücdəndüşmə meydana gəlir", - deyə terapevt əlavə edib.

Həkim belə hallarla mübarizə aparmaq üçün yatmazdan əvvəl mobil telefonlardan istifadə etməməyi məsləhət görüb. O, lif və kalsiumla zəngin qidalar yeməyi, vegetativ sistemi gücləndirmək və fiziki gücü qorumaq üçün orta səviyyədə məşq etməyi tövsiyə edib.

"Fobos" hava mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets qışda anomal istinin səbəbinin bütün tsiklonların şimal trayektoriyaları boyunca keçməsi ilə izah etmişdi. Qeyd edək ki, bu il Rusiyada da anomal istilər müşahidə edilir. Tişkovets bütün tsiklonların şimal trayektoriyalarından keçməsi səbəbindən Rusiya ərazisinin daim isti sektora düşdüyünü bildirmişdi. Bu il yanvarın 17-də Moskvada havanın temperaturu 1925-ci il rekorduna yaxınlaşaraq müsbət 4,2 dərəcə olub. Bu gün Bakıda havanın temperaturu müsbət 6 dərəcədir.

Əsas mövzular