CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nə desələr də, ayrı-seçkilik olacaq – Bakı hamı üçün deyil prinsipi aparılır

© AFP 2023 / BRENDAN SMIALOWSKICотрудник больницы заполняет медицинские записи
Cотрудник больницы заполняет медицинские записи - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgələrdə yaşayan əhalinin digər ərazilərdə yerləşən tibb müəssisələrində tibbi xidmət alması mümkün olacaq. Amma buna görə vətəndaş ayrıca ödəniş edəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Azərbaycanda "Tibbi sığorta haqqında" qanuna yeni dəyişiklik təklif edilib. Həmin təklifə görə, icbari tibbi sığortaya qoşulan vətəndaşlar sığorta paketinə daxil edilən tibbi xidmətləri ancaq yaşayış yeri üzrə tibb müəssisələrindən ala bilərlər.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta necə işləyir - hesabat verildi

Bu təklifdən belə məlum olur ki, regionlarda icbari tibbi sığorta zərfindən yararlanacaq əhali, tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisələrini seçə bilməzlər. Bu isə müxtəlif müzakirələrə səbəb olub. Ekspertlər bu dəyişikliyin bölgələrdə yaşayan əhali qrupu üçün müəyyən çətinliyə səbəb olacağını söyləyiblər. Mütəxəssislərin fikrincə, yeni dəyişiklik regionlarda əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığını məhdudlaşdıracaq. Bu, regionlarda paytaxtla müqayisədə tibb müəssisələrinin avadanlıq baxımından köhnə olması, kadr çatışmazlığı ilə izah olunur.

Sputnik Azərbaycan sözügedən dəyişikliyin regionlarda yaşayan əhaliyə tibbi xidmətin keyfiyyəti və əlçatanlığı ilə bağlı necə təsir göstərdiyini araşdırıb.

İcbari Tibbi Sığorta Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, icbari tibbi sığorta mərhələli şəkildə həyata keçiriləcək. Hazırda regionlarda icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri aparılır. Regionlardakı əhalinin paytaxtdakı tibb müəssisələrində sığorta paketinə daxil edilən tibbi xidmətlərdən yararlanıb-yararlanmayacağına gəlincə, Agentlikdən bildirilib ki, bununla bağlı qanunda müəyyən şərtlər göstəriləcək. Bu məsələ barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdə yaşayan əhalinin digər ərazilərdə yerləşən tibb müəssisələrində tibbi xidmət alması mümkün olacaq. Amma buna görə vətəndaş cüzi məbləğdə ödəniş edəcək. O ki qaldı bölgələrdə icbari tibbi sığortanın tətbiqindən sonra keyfiyyətli tibbi yardım məsələsinə, deputat deyir ki, bölgələrimizdə kifayət qədər müasir diaqnostika mərkəzləri tikilib. Həmin mərkəzlər müasir tibbi avadanlıqlarla təmin olunub: "Hazırda bizim bölgələrimizdə elə diaqnostika mərkəzləri var ki, paytaxtdakı tibb müəssisələrindən fərqlənmir. Onların hər birində müasir avadanlıq var. Kadr məsələsi isə icbari tibbi sığortaya keçidə hazırlıq prosesində həll olunacaq. Hansı sahələrdə həkim çatışmazlığı varsa, həmin sahələr üzrə regionlara həkimlər göndəriləcək. İcbari tibbi sığortaya keçiddən sonra tibb işçilərinin əmək haqqı artacağından, onların bölgələrdə işləməsi üçün stimul olacaq".

K.Əliyeva deyir ki, bölgələrdəki xəstələrin sığorta zərfinə daxil edilən xəstəliklərin müalicəsi üçün paytaxta gəlməsinə ehtiyac yaranmayacaq. Ehtiyac olarsa, cüzi məbləğ ödəməklə onlar paytaxtda icbari tibbi sığortaya cəlb olunan xəstəxanalarda müayinə və müalicə oluna biləcəklər: "Düşünürəm ki, tezliklə belə bir problem yaranmayacaq. Xidmətlər zərfinə daxil olan xəstəliklər üzrə regionlarda yaşayan əhalini yüksək tibbi xidmətlə təmin etmək mümkündür. Gələcəkdə xidmətlər zərfinə daxil ediləcək tibbi xidmətlər artarsa, bəlkə belə məsələ ortaya çıxar".

Qeyd edək ki, dövlət büdcəsi tərəfindən ödənilən adambaşına illik 90 manat vəsait də eyni qaydada mərhələlərə bölünməklə sığortahaqqı və ya saxlanma xərcləri qaydasında Agentliyə ödəniləcək. Həmin vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibb müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək. 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqini təmin edəcək. Nəticədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq.

Договор страхования и калькулятор - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sığorta bazarına yeni qiymət gəlir – Kimin udacağı, kimin uduzacağı bilinmir

Məlumat üçün bildirək ki, "Tibbi sığorta haqqında" qanunun 15-7.2.7. bəndində göstərilib ki, tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb təchizatçısına və ya tibbi ərazi bölmələrinə göndərmək mümkündür. Bu layihənin 15-8.1.5. bəndində göstərilir ki, qanunla və tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək mümkün olacaq.

Xəbər lenti
0