Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Türkiyə bu xoşagəlməz siyahıda ön yerdədir

© AP Photo / Ebrahim NorooziDərmanlar, arxiv şəkli
Dərmanlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Respublikası hər min nəfərə istifadə olunan antibiotik sayına görə dünyada ilk sıralardadır.

BAKI, 18 noyabr — Sputnik. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən aparılan araşdırmaların nəticəsinə görə, Türkiyə hər min nəfərə istifadə olunan antibiotik sayına görə dünyada ilk sıralarda yer alır.

AZƏRTAC xəbər verir ki, son hesablamalara görə, insan orqanizmindəki bakteriyaların antibiotiklərə müqavimətinin sürətlə artması 2050-ci ildə ölkədə 10 milyon insanın ölümü ilə nəticələnə bilər. Belə ki, adıgedən dərman preparatlarına qarşı orqanizmin müqavimətinin azalması insanlar arasında yoluxucu xəstəliklərin artması və ümumi sağlamlıq göstəricilərinin aşağı düşməsinin əsas səbəblərindən biridir.

Bundan əlavə, hesablamalar onu da göstərir ki, əhalinin yüksək səviyyədə antibiotik istifadəsi 2050-ci ilə qədər ölkə iqtisadiyyatına 220 milyard dollardan çox zərər vura bilər.

Азербайджанская международная выставка медицинских инноваций и индустрии красоты - Sputnik Azərbaycan
HADİSƏ
Gömrükdən dərman keçirmək istəyən şəxs saxlanılıb

Türkiyədə son illər antibiotik istifadəsinə qarşı aparılan tədbirlərlə bəzi nəticələr əldə olunub. Ölkədə 2013-cü ildən etibarən reseptsiz antibiotik tərkibli dərmanların satışına qadağa qoyulub ki, bu da öz müsbət nəticələrini göstərib. Belə ki, 2011-ci ildə əhalinin 21,14 faizi bu növ dərmanlardan istifadə edirdisə, 2018-ci ildə bu rəqəm 15,81 faiz təşkil edib.

Antibiotiklərdən istifadə nəticəsində 30-35 faiz hallarda yan təsirlər də meydana çıxır. Buna misal olaraq allergik reaksiyaları qeydə etmək olar ki, bu da ən pis halda şoka səbəb olaraq, ölümlə də nəticələnə bilər. Bundan əlavə antibiotiklərin qaraciyərə, böyrəklərə, ürəyin fəaliyyətinə və yeni hüceyrələrin yaranmasına mənfi təsiri də danılmazdır.

Hazırda mütəxəssislər antibiotik tərkibli dərmanların təbii üsullarla əvəz olunmasında həmfikirdirlər. Bunlara arı məhsulları-bal, propolis və zəncəfil, darçın, kəklikotu kimi bitkiləri aid etmək olar.

Xəbər lenti
0