Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər

© Sputnik / Varvara Gertye / Mediabanka keçidОперация по удалению злокачественной опухоли, фото из архива
Операция по удалению злокачественной опухоли, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəliyə müqavimət göstərməyə cavabdeh olan genlərin fəaliyyəti azalır.Xəstəliyə müqavimət göstərməyə cavabdeh olan genlərin fəaliyyəti azalır.

BAKI, 13 noyabr — Sputnik.  Böyük Britaniyanın Lids Universitetinin alimləri müəyyən ediblər ki, D vitamini melanoma (bəd xassəli şiş) zamanı xərçəng hüceyrələrinin inkişafını zəiflədir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu, xəstəliyin irəliləməsinin, metastazın baş verməsinin qarşısını alır.

Врач, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Başqa bir xəstəlik 5 il əvvəldən xərçəngi proqnozlaşdırmağa imkan verir

Tədqiqatlar göstərib ki, vitamin bədxassəli şiş hüceyrələrinin səthinə VDR reseptorları ilə bağlanaraq siqnal verilməsinə təsir edir. Elmi iş müəlliflərinin fikrincə, bu reseptorlar insan orqanizminin bir çox orqanlarında, o cümlədən beyində, ürəkdə, bağırsaqda, böyrəklərdə və mədəaltı vəzdə var.

Alimlər melanoma xəstələrində VDR reseptorlarının meydana gəlməsinə məsul olan genin aktivliyini müşahidə ediblər. Onlardan 703-də metastaz hələ yaranmayıbmış, 353-də isə bu vardı.

Bununla yanaşı, laboratoriya siçanları üzərində təcrübələr aparılıb. Müəyyən edilib ki, orqanizmdə reseptorlar nə qədər azdırsa, xərçəng şişi daha sürətli böyüyür və metastaz daha tez yaranır. Xəstəliyə müqavimət göstərməyə cavabdeh olan genlərin fəaliyyəti azalır.

VDR reseptorları artırılmış siçanlarda isə melanoma daha yavaş inkişaf edib və digər orqanlara (ağciyərlərə) yayılma ehtimalı az olub. Elm adamları D vitamininin xərçəng xəstəliyini müalicə etməməsinə baxmayaraq, immunoterapiyanı daha təsirli etdiyinə dair nəticəyə gəliblər. Bu maddənin çatışmazlığı sağlamlıq üçün təhlükəlidir.

Xəbər lenti
0