CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlinizdən gələni beş qaba çəkin - normal çəkiyə çatmaq üçün qızıl qaydalar

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidBakıda küçə kafesi
Bakıda küçə kafesi - Sputnik Azərbaycan
Abunə olmaq
Arıqlığa sağlam olmayan qidalanma, fiziki iş, həddən artıq aktiv həyat tərzi, müxtəlif xəstəliklər - xərçəng, nevroz və s. səbəb ola bilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Artıq çəkidən xüsusilə qadınlar əziyyət çəkir, bunu özləri üçün böyük problemə çevirirlər. İdeal çəkiyə sahib olmaq üçün dietoloqlara müraciət edir, arıqlamağın yollarını axtarırlar. Amma kökəlmək üçün dəridən-qabıqdan çıxan insanlar da az deyil.

Dietoloq Aynurə Aşurova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, problem arıq və ya kök olmaq deyil. Əsas məsələ sağlam qidalanmaqdır.

© Sputnik / Irade JELILDietoloq Aynurə Aşurova
Əlinizdən gələni beş qaba çəkin - normal çəkiyə çatmaq üçün qızıl qaydalar - Sputnik Azərbaycan
Dietoloq Aynurə Aşurova

"Dieta ilə arıqlamaq kökəlməyə nisbətən daha asandır. Belə ki, əgər bir insan pəhriz saxlayaraq 5-6 kiloqram arıqlaya bilirsə, dieta ilə ancaq 3-4 kiloqram kökəlmək mümkündür. Kökələ bilməyən insanların çoxu deyir ki, yeyirəm-yeyirəm, amma kökəlmirəm. Bu ondan irəli gəlir ki, insanlar düzənsiz və zamansız qidalanırlar. Kökələ bilməyən insanlar gün ərzində 5-6 dəfə sağlam-zülal əsaslı qidalanmalıdırlar", - deyə o bildirib.

A.Aşurovanın sözlərinə görə, arıqlığa sağlam olmayan qidalanma, fiziki iş, həddən artıq aktiv həyat tərzi, müxtəlif xəstəliklər - xərçəng, nevroz və s. səbəb ola bilər.

Mütəxəssis hesab edir ki, gündə qəbul edilən 500 kalori həftədə 0,5 kiloqram çəki deməkdir:

"Çəki insanların boyuna, yaşına və cinsinə görə fərqli olur. Arıq insanlar bəzən çox yeyirlər. Bu da onların sadəcə qarınlarının böyüməsinə səbəb olur. Unutmamaq lazımdır ki, daha çox yemək, yeməyə meylli olmaq böyük qarına sahib olmaq deməkdir".

A.Aşurova qeyd edib ki, kökəlmək üçün protein, karbohidrat və yağ tərkibli qidalara üstünlük vermək lazımdır. Protein əzələlərin yaranması və kökəlmək üçün vacibdir.

Куриная голень, фото из архива - Sputnik Azərbaycan
Dietoloq: “Toyuq əti ilə bədənimizə hormon daxil olması həqiqətdir”

"Qida rasionunuza fıstıq və ləbləbi əlavə edin. Bu, kökəlməyə yardım etməklə yanaşı, ürək xəstəliyinin də qarşısını alır. Bol su için. Öynələrdə bol kalorili yeməklərə üstünlük verin. Çox yeməyin, çünki çox yemək sağlamlıq üçün zərərlidir. Kökəlmək üçün yumurta sarısı, yağlı ət, banan və s. qidaları rasionunuzda bol edin. Ancaq istənilən qidanı qədərində qəbul edin. Məsələn, yumurtanın tərkibində A, D və E vitaminləri və xolesterol var. Kərə yağı isə kökəltsə də, ürək üçün zərərlidir. Yəni qidalanma zamanı da diqqətli olmalı, düzgün qidalar seçməlisiniz", - deyə o bildirib.

"Gözəllik qurban tələb edir"... və ya Gözəllik naminə ölüm riski>>

Dietoloqun sözlərinə görə, həzm sistemini inkişaf etdirmək üçün doğru qidalardan istifadə etmək lazımdır. Bu səbəbdən də yeməkdən sonra çay və qəhvə kimi içkilər qəbul etməyin. Bu içkilər bəzi mineralların həzm edilməsinə mane olur: "Sağlam qidalanma üçün ərzağı geniş bir izqarada bişirin. Meyvə-tərəvəz qəbul edin".

Aşurova eyni zamanda bildirib ki, əgər təyin edilmiş dieta ilə ayda 5-6 kiloqram çəki ala bilirsinizsə, deməli, orqanizminiz pəhrizə cavab verir.

Xəbər lenti
0