Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xəstələrin ümidinə daha bir zərbə: "Fondda bir qəpik də yoxdur"

© Sputnik / Murad OrujovНовое оснащение больниц Уджара, Гекчая и Агдаша
Новое оснащение больниц Уджара, Гекчая и Агдаша - Sputnik Azərbaycan
Abunə olmaq
"İcbari tibbi sığorta mexanizmi işə düşən kimi əhalinin işsiz kateqoriyasının da dövlət hesabına icbari tibbi sığortadan bəhrələnməsi mümkün deyil"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. İcbari tibbi sığortanın işə düşməsinə iki ay vaxt qalsa da, əhalinin işsiz kateqoriyasının ondan bəhrələnə biləcəyi sual altındadır. "Tibbi sığorta haqqında" qanuna görə, işləyən vətəndaşların əmək haqlarından 2 faiz, idarə müəssisələrinin əmək haqqı fondundan 2 faiz icbari tibbi sığorta üçün tutulacaq. İşləməyən vətəndaş da özünü sığorta edə bilər. Bu zaman o da ayda 10 manat, yaxud da ildə 120 manat ödəməklə sığorta olunacaq.

Tibb bacısı. Arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xəstəxanalarımız fin üsuluna keçəndən sonra müalicəyə daha az pul xərcləyəcəksiz

Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işləməyən əhalinin icbari tibbi sığorta üçün vəsait ödəyib-ödəməyəcəyi sual altındadır: "Bizi ən çox narahat edən üç milyon vətəndaşın icbari tibbi sığortadan kənarda qalma məsələsidir. Hansı ki, faktiki olaraq əmək müqaviləsi ilə işləmirlər, sosial ödəmələri, vergini ödəmirlər. Onlar qeyri-leqal əməklə məşğuldurlar. Yaxud da qeyri-rəsmi işlə, kənd təsərrüfatı ilə məşğuldurlar. Bu insanların sığorta məsələsi ortaya çıxanda necə olacaq? Dövlət onların da sığortasını öz üzərinə götürsə, faktiki olaraq sığorta öz mahiyyətini itirmiş olacaq. Yenə də dövlət büdcəsindən maliyyələşmə olacaq, sığorta təbabətinin imkanları azalacaq.

Qanunda yazılıb ki, o insanlar 10 manat ödəməklə icbari tibbi sığorta oluna biləcəklər. Amma gəlin görək həmin insanlar bu vəsaiti ödəyəcəklərmi? Böyük ehtimalla bu məbləği o insanlar ödəyəcəklər ki, xəstədirlər və icbari tibbi sığortadan daha çox vəsait tələb edəcəklər. Çünki "Tibbi sığorta haqqında" qanunda göstərilib ki, bir qrup əhalinin icbari tibbi sığorta haqqını dövlət ödəyəcək. İşləyənlərin sığorta haqqını isə iki faiz işəgötürən ödəməlidir. Qeyri-məşğul əhali var ki, onlar uçotda deyillər, icbari tibbi sığortadan bəhrələnmək üçün özləri təşəbbüs göstərməlidirlər".

Deputat bildirir ki, gələcək illərdə sığorta fonduna daha çox vəsait toplandıqda dövlət bu kateqoriyanı da maliyyələşdirə bilər: "Amma hazırda Sığorta Fondunda bir qəpik də vəsait yoxdur. Ona görə də icbari tibbi sığorta mexanizmi işə düşən kimi əhalinin işsiz kateqoriyasının da dövlət hesabına icbari tibbi sığortadan bəhrələnməsi mümkün deyil".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiq edildiyi ölkələrdə də icbari tibbi sığortadan istifadə edə bilməyənlər var: "Bu gün ABŞ-da əhalinin 30-33 faizi icbari tibbi sığortadan məhrumdur. Yəqin ki, çoxunuzun ABŞ-da küçədə gecələyən "bomj"lar haqda məlumatınız var. Orada insanlar qəza zamanı xəstəxanaya aparılsalar da, icbari tibbi sığortası olmadığından öz vəsaitləri hesabına müalicə olunurlar. Nəticədə xəstəxana müalicə xərclərinin ödənilməsi üçün onların evini əlindən alır. Belə insanlar küçələrdə gecələyirlər.

Dəlilikdir, ya nədir: Elə şeyi dəbə mindiriblər ki, danışanda mat qalırsan>>

Bizdə icbari tibbi sığortanın əhalinin qeyri-məşğul hissəsi üçün necə olacağı barədə indidən bir söz demək olmaz. Amma görünən odur ki, işsizlərin icbari tibbi sığortadan bəhrələnməsi üçün ayda 10 manat ödəyəcəyi inandırıcı görünmür. Çox güman ki, belə insanlar indiki qaydada pullarını verib ehtiyac olduqda müalicə olunacaqlar".

Qeyd edək ki, gələn il büdcədən səhiyyəyə ayrılacaq ümumi xərclərin təxminən 75-80 faizi icbari tibbi sığortaya yönələcək.

Xəbər lenti
0