06:17 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Maliyyə işləri

Yeni yaradılan Dövlət Agentliyi zərərlə işləməsinin səbəblərini açıqladı

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
2010

Dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurub

BAKI, 30 oktyabr — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi indiyə qədər zərərlə işləməsinin səbəblərini açıqlayıb.

Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumatda bildirilir ki, "Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması" adlı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunmayıb. Sözügedən vəsaitlər Agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilib. Bununla da illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurub.

Agentliyin əsas əməliyyat gəlirləri yığılmış sığortahaqları hesab edilir. Sığortahaqlarının yığımı 2018-ci ildə olmadığı, həmçinin dövlət büdcəsindən daxil olan məbləğlər gəlir kimi tanınmaması ilə əlaqədar ötən il zərərlə bitib. Ötən ilin tanınmış gəlirləri isə cəmi 1,543 milyon manat olub ki, buraya baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir.

Hesabatda qeyd olunduğu kimi 2018-ci ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30,34 milyon manat təşkil edib, Agentliyin ümumi və inzibati xərcləri 11,306 milyon manat olub. Ötən ilin sonuna Agentliyin nizamnamə kapitalı 4 milyon manat, balans kapitalı 70,536 milyon manat təşkil edib. Qurumun aktivləri 73,609 milyon manat təşkil edib ki, bu aktivlərin 85%-i uzunmuddətli aktivlərdir. Qrupun uzunmüddətli öhdəlikləri mövcüd deyil, qısamüddətli öhdəlikləri 3,073 milyon manat olub. "Agentlik publik hüquqi şəxsdir və məqsədi mənfəət qazanmaq deyil. Bundan başqa, icbari tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 340 min sakinə göstərilən tibbi xidmətlər pulsuzdur. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir", - açıqlamada deyilir.

Əlaqədar

Taleyimizi həll edəcək yenilik – Hər kəsi maraqlandıran sual yaranıb
Bu uşaqların dərdinə dərman yoxdur - Ümid icbari tibbi sığortaya qalıb
Həkimə getmək qorxusu: elmi sınıqçı, çöpçü, falçı yanına getməklə əvəzləyirik
İşləməyənlər də icbari tibbi sığorta olunacaq - Amma...
Xəstələrin həyatı üçün vacib yenilik: Nazir əmr verdi, məcbur olacaq

Əsas mövzular