03:29 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
6210

Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir, ancaq ayın sonuncu günü Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir

BAKI, 29 oktyabr — Sputnik. Dünən Günəş fəallığı çox aşağı səviyyədə olub və Günəşin ləkələri görünməyib.

Sputnik Azərbaycan Şamaxı Astrofizika rəsədxanasının məlumatına istinadla xəbər verir ki, elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir.

Proqnoz dövründə də (28 - 30 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Sonuncu proqnoz günü isə (30 oktyabr) Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir.

Proqnoz dövründə (28 - 30 oktyabr) geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 10%-dən aşağı qiymətləndirilir.

Əlaqədar

Meteohəssas insanlara xəbərdarlıq - yeməyinizə də diqqət edin
Hələ isti geyinməyə tələsməyin
Bazar günü axşama doğru rayonlarda hava soyuyacaq

Əsas mövzular