Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bir dietadan doymayıb, ikisini saxlayanlar, bu xəbər sizin üçündür

CC0 / pixabay / kaboompics / Девушка с ягодным коктейлем
Девушка с ягодным коктейлем - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər rafinə edilmiş un əvəzinə tam taxıl unundan hazırlanan məhsullara üstünlük verməyi məsləhət görürlər

BAKI, 21 oktyabr — Sputnik.  İspaniyalı dietoloqlar "hər şeydən, amma az-az yemək olar" fikrini alt-üst ediblər.

Sputnik Azərbaycan bildirir ki, La Vanguardia mütəxəssislərdən hansı qidaların ümumiyyətlə rasiondan çıxarılmalı olduğunu öyrənib.

Beləliklə, mütəxəssislərin fikrincə, orta və uzun perspektivdə rafinə edilmiş un orqanizmə ziyan vura bilər. Çünki o, qanda şəkərin qəfil artıb-azalmasına səbəb olur. Kastelyonda "Qasma" məktəbinin professoru, dietoloq Pilar Eskerin sözlərinə görə, bu, diabetin yaranmasına rəvac verir.

"Emal zamanı dənin tərkibindəki liflər və digər qida maddələri xaric edilir, bundan başqa, rafinə edilmiş məhsulların qlikemik indeksi çoxdur, ona görə də onların qida dəyəri aşağıdır", - dietoloq Mariya Merino əlavə edib.

Ekspertlər rafinə edilmiş un əvəzinə tam taxıl unundan hazırlanan məhsullara üstünlük verməyi məsləhət görürlər.

Xanımlar idman zalında, arxiv şəkli - Sputnik Azərbaycan
Alimlər arıqlamağın ən effektiv üsulunu sübut ediblər

Dietoloqlar deyirlər ki, kolbasa məhsullarından da uzaq durmaq gərəkdir, çünki onların tərkibinin yarısını əlavələr, bitki və heyvan mənşəli nişasta və digər maddələr təşkil edir.

Yağsızlaşdırılmış süd məhsulları da məsləhətli deyil. Dietoloqlar Harvard Universitetinin alimi Devid Lüdviqin araşdırmasını əsas gətirərək belə məhsulların bir qayda olaraq daha çox şəkər ehtiva etdiyini və qida dəyərinin aşağı oldğunu bildirirlər.

Bunlardan başqa, qablaşdırılmasının üzrəində "aşağı kalorili", "zero", "şəkərsiz" yazılan məhsullardan, eləcə də alkoqol və təkrar emal edilmiş ətdən imtina etmək tövsiyə olunur.

Xəbər lenti
0