07:14 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
67 0 0

54 yaşlı qaynana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb

BAKI, 26 sentyabr — Sputnik. Uğurlu böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsində həyata keçirilib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 54 yaşlı qaynana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb.

"Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qaynanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi! Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik.

Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən, köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldı. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!" - deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolan qeyd edib.

Əlaqədar

Yaşlı ana böyrəyini oğluna bağışladı
Bu adamlar nadir hallarda şəkərə tutulurlar
Minlərlə böyrək xəstəsinin ümidi beyin ölümü keçirənlərə qalıb

Əsas mövzular