Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölməmək üçün görülən tədbir, amma insanlarımız ondan da imtina edir

© REUTERS / Baz RatnerPeyvənd, arxiv şəkli
Peyvənd, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Türkiyədə övladını peyvənd etməyən ailələr sıxışdırılır. Məsələn, ola bilər ki, hansısa uşaq iki yaşında ikən göy öskürəyə tutulsun. Bu xəstəliyin 2 aylıq körpəyə keçməsi isə onun üçün həyati təhlükə yarada bilər. Peyvənd olunmaqla yalnız özümüzü deyil, eləcə də ətrafımızı da qorumuş oluruq”

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Rusiyada əhalinin 9 faizi ən müxtəlif səbəblərə görə peyvənddən imtina edir. Azərbaycanda isə bununla bağlı heç bir statistika aparılmır. Ən azından, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Sputnik Azərbaycan-ın sorğusuna cavabında belə deyilir.

Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə Nazirliyinin adından əsassız məlumatlar yayılır

Lakin bəzi ekspertlər Azərbaycanda da bu rəqəmlərin artdığını söyləyir. Həmsöhbətimiz olan pediatr Telman Aytayev də bu qənaətdədir: “Son açıqlanan rəqəmlərə görə, Rusiyada peyvənddən imtina halları 9 faiz olub. Azərbaycanda isə bununla bağlı hansısa rəqəm açıqlanmasa da, düşünürəm ki, ölkəmizdə peyvənddən imtina ilə bağlı rəqəm daha böyük olar. Mən bu qənaətə müraciət edən ailələrlə söhbət zamanı gəlirəm. Belə hallar müşahidə etdikdə isə ailələri peyvənddən imtina etməməyə səsləyirəm. Çünki Ümumdünya Sağlamlıq Təşkilatı da peyvəndlərin vurulmasının tərəfdarıdır. 50-60 il öncə illə müqayisədə məhz peyvəndlərin vurulması ilə yüz minlərlə ölümün qarşısı alınıb”.

“Azərbaycanın Səhiyyə Nazirliyi də peyvəndlərin vurulmasının tərəfdarıdır. Düzdür, bəzən hansısa bir xəstəliklər olur ki, bu zaman peyvəndə göstəriş olmur. İmmun çatışmazlığı kimi bir sıra anadangəlmə xəstəlikləri də buna misal olaraq göstərmək olar. Bu kimi hallar istisna olmaqla bütün uşaqlar peyvəndlə təmin edilməlidir” – deyə o, əlavə edib.

Həkimin sözlərinə görə, bəzi ölkələrdə, elə qonşu Türkiyədə də peyvənd məcburi hesab edilir: “Türkiyədə övladını peyvənd etməyən ailələr sıxışdırılır. Məsələn, ola bilər ki, hansısa uşaq iki yaşında ikən göy öskürəyə tutulsun. Bu xəstəliyin 2 aylıq körpəyə keçməsi isə onun üçün həyati təhlükə yarada bilər. Peyvənd olunmaqla yalnız özümüzü deyil, eləcə də ətrafımızı da qorumuş oluruq”.

Ekspert bu gün bəzi valideynləri narahat edən digər problemə də toxunub. Onun sözlərinə görə, valideynlər iddia edir ki, bəzi peyvəndlər Türkiyə və digər ölkələrlə müqayisədə Azərbaycanda uşaqlara fərqli vaxtda vurulur. T.Aytayevin sözlərinə görə, bəzi peyvəndlərin vurulmasına görə, Türkiyə ilə Azərbaycan arasında cüzi də olsa, fərq var: “Xüsusən də vərəmdən qorunmaya görə vurulan peyvənddə cüzi fərq nəzərə çarpır. Belə ki, Türkiyədə bu peyvənd uşağa 2-ci ayda, Azərbaycanda isə doğulduqdan bir həftə sonra vurulur. Bundan başqa, poliomielitin vurulma tarixində də bir qədər fərq var. Azərbaycandan fərqli olaraq suçiçəyi və hepatit A əleyhinə olan peyvəndlər Türkiyədə rutin peyvənd proqramında yer alıb. Əsas fərqlər bundan ibarətdir”.

Xəbər lenti
0