CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övlad həsrəti ilə yananlar üçün müjdə - Onlar da sevinəcəklər

© Pexels Rene AsmussenKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunda nəzərdə tutulub ki, ekstrakorporal mayalanma əsasən beş il sonsuzluq probleminə görə müalicə olunan, amma uşaq olmayan ailələrə şamil olunsun

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda son üç il ərzində uşaqsız ailələrdə boşanma halları artıb. 2016-cı ildə ölkədə boşanmış 13114 nəfərin 6146-ı uşaqsız ailələr olduğu halda, 2017-ci ildə 14514 boşanma halının 6444-ü bu şəxslərin payına düşüb. 2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınıb ki, o da sonsuz ailələrin payına düşüb. Keçən il ölkədə uşağı olmayan 6559 nəfər boşanıb. Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, ən az boşanma halı 2002-ci ildə qeydə alınıb. 1990-cı ildə 8853, 2002-ci ildə 3371 uşaqsız ailədə boşanma qeydə alınıb.

Новорожденный, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaq tapıb, ad tapmayanlarımız, yeni siyahı var

Qeyd edək ki, bu gün boşanma səbəbləri arasında ilk yeri xasiyyət uyğunsuzluğu tutsa da, sonsuzluq da boşanmaya səbəb olan amillər arasındadır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur. Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova da təsdiqləyib.

Göründüyü kimi rəsmi şəxslər də ailələrin dağılmasında sonsuzluq faktının olduğunu təsdiqləyirlər.

Bəs görəsən, ailələrin dağılmasında rol oynayan sonsuzluq probleminin qarşısının alınması istiqamətində dövlət səviyyəsində hansı işlər görülür?

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda sonsuzluq probleminin həlli 2020-ci ildən mümkün olacaq. Deputat bildirib ki, Milli Məclisin payız sessiyasında qəbulu nəzərdə tutulan "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində bu məsələ öz əksini tapıb. M.Quliyev bildirib ki, sözügedən qanun layihəsində sonsuzluq qeydə alınan ailələrdə ekstrakorporal mayalanmanın (bətndənkənar) icbari tibbi sığorta vasitəsilə həyata keçirlməsi nəzərdə tutulub: "Bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində yer alıb. Qanun layihəsində qeyd edilib ki, icbari tibbi sığorta işə düşdükdən sonra sonsuzluq qeydə alınan ailələr ekstrakorporal mayalanmaya cəlb olunsun".

Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Mingəçevirdə kimsəsiz azyaşlı qız uşaq doğdu

M. Quliyev onu da qeyd edib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunda ekstrakorporal mayalanmanın müalicə effekt verməyən ailələrdə tətbiqi nəzərdə tutulub: "Əslində, nikaha daxil olduqdan bir il sonra ailədə uşaq olmursa, bu sonsuzluq kimi qiymətləndirilir. Amma qanunda nəzərdə tutulub ki, ekstrakorporal mayalanma əsasən beş il sonsuzluq probleminə görə müalicə olunan, amma uşaq olmayan ailələrə şamil olunsun".

Deputat qeyd edib ki, bətndənkənar mayalanmaya ilk növbədə aztəminatlı ailələr cəlb olunacaq. Daha sonra digər ailələr də bu yolla uşaq sahibi ola biləcəklər.

Qeyd edək ki, Azərbaycanda ekstrakorporal mayalanma qiymətləri son bir ildə aşağı düşsə də, əlçatan deyil. Hazırda süni mayalanma qiymətləri 2500-4000 manat arasında dəyişir. Bu isə uzun illər sonsuzluq problem yaşayan ailələrin ekstrakorporal mayalanma xidmətindən yararlanmasını mümkünsüz edir. Nəticədə sonsuzluq ailələrin dağılmasında əsas faktor kimi çıxış edir.

Xəbər lenti
0