CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turistlərlə birələrin yaydığı xəstəlik yüzlərlə can aldı - qorunuruqmu?

© AFP 2023 / MOHAMMED HUWAISHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəliyin gizlin dövrü ərzində xarici ölkələrdən Azərbaycana gələn olarsa, onlarda qusma, diareya və s. əlamətlər müşahidə edilərsə, həmin şəxslər ölkədə müalicə edilə bilərlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. 2019-cu ilin 6 ayı ərzində Yəməndə 460 min nəfər vəba xəstəliyinə yoluxub. Onlardan 200 mindən çoxu uşaqlardır. Qeyd edək ki, 6 ay ərazində bu xəstəlikdən 705 ölüm faktı qeydə alınıb. Qeyd edək ki, Yəməndə vəba 2016-cı ildən yayılmağa başlayıb.

Xəstəlik artıq qlobal təhlükəyə çevrilib. Eləcə də Azərbaycan üçün. Ölkəmizə hər il müxtəlif ölkələrdən turist axını olur. Nəzərə alsaq ki, vəba yoluxmuş insanlarla ünsiyyət, birələr və içməli su ilə yayılır, bu barədə düşünməyə dəyər.

Toxum əkini, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ölümcül xəstəliyin üzəriylə gəzirik - Rəsmi xəbərdarlıq

Bəs Azərbaycanda vəbaya qarşı mübarizə necə aparılır? Hər gün yüzlərlə turist qəbul edən ölkəmizdə bu xəstəliyin yayılma ehtimalı varmı?

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda vəba xəstəliyi ilə bağlı vəziyyət daim nəzarətdədir. Belə ki, ölkə xaricinə gedib-gələn vətəndaşlar, eləcə də hər hansı bir turistdə vəba xəstəliyinin əlamətlərinə bənzər simptomlar müşahidə edilərsə, onlar müvafiq tibb müəssisələrində yoxlamadan keçirlər.

May ayından oktyabra qədər (vəba mövsümü) ölkədə qabaqlayıcı tədbirlər aparılır. Qeyd edək ki, respublikada bu xəstəliyə qarşı aparılan profilaktik tədbirlərin təkmilləşdirilməsi barədə səhiyyə naziri bu il iyunun 12-də əmr imzalayıb.

Vəba xəstəliyinin gizlin dövrü 5 gündür. Bu dövr ərzində xarici ölkələrdən Azərbaycana gələn olarsa, onlarda qusma, diareya və s. əlamətlər müşahidə edilərsə, həmin şəxslər ölkədə müalicə edilə bilərlər. Azərbaycanda vəba xəstəliyindən müalicə üçün lazım olan şərait var. Bildirilib ki, Azərbaycanda son 20 ildə vəbaya yoluxma halı qeydə alınmayıb.

Azərbaycanda onkoloji xəstəliklərlə bağlı şad xəbər - ARTIQ DAHA TEZ OLACAQ>>

Yoluxucu xəstəlik sayılan vəba müalicə edilməsə, ölümə yol aça bilən, sürətlə inkişaf edən ciddi bakterial infeksiyadır. Bəzən "qara vəba" olaraq adlandırılan xəstəliyi Yersinia pestis bakteriyaları törədir.  Bu bakteriya heyvanlarda olur və əsasən birə yolu ilə yayılır. 

Qeyd edək ki, Yersinia pestis bakteriyası 1894-cü ildə Paster Universitetinin bakterioloqu Aleksandr Yersin tərəfindən Honkonqda vəba epidemiyası zamanı aşkar edilib.

Asanlıqla inkişaf edir, qaranlıq və rütubətli yerlərdə, yəni bədəndən kənarda uyğun şəraitdə yaranır və illərlə yaşaya bilir. Birə ifrazatında bir ay, meyitdə həftələrlə qala bilir. Soyuğa qarşı müqaviməti var, donmuş maddələrdə uzun müddət yaşaya bilir.

Vəba adətən əhalisi çox olan, gigiyenik şərtlərə əməl edilməyən, siçanların populyasiyasının yayıldığı şəhərlərdə yayılır.

Лаборатория - Sputnik Azərbaycan
Ölkəyə təhlükəli xəstəlik qayıdıb – Hər birimiz diqqətli olmağa məcburuq

İnsanlarda vəba infeksiyası daha çox Afrikada müşahidə edilir. Ancaq daha çox yoluxmuş heyvanlar ABŞ və MDB ölkələrindədir.

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, vəba xəstəliyi temperaturun artması, titrəmə, qusma, ishal, dilin rənginin tündləşməsi, baş ağrısı, kürək ağrısı, qasıqlarda, əzələlərdə ağrı, limfa vəzisinin şişməsi, burun qanaması, qan tüpürmə, nəfəs çatışmazlığı, halsızlıq, dəridə ləkələrlə müşahidə edilir.

O qeyd edib ki, vəba xəstəliyi müxtəlif antibiotiklərlə müalicə oluna bilən xəstəlikdir: "Xəstəlikdən qorunmanın ən əhəmiyyətli yolu xəstəliyə səbəb olan birələrin yaşadığı yerlərdən və heyvanlardan uzaq olmaqdır. Ətraf hər zaman təmiz olmalı, vəbalı xəstələr ayrı otaqlarda yatırılmalı, xəstəyə baxanlar xüsusi geyim geyinməlidirlər. Xəstənin istifadəsində olan bütün əşyalar qaynadılmalı və ya dezinfeksiya edilməlidir".

Xəbər lenti
0