06:02 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
39 0 0

Həkim hamıya mütəmadi olaraq US müayinəsindən keçməyi məsləhət görür

BAKI, 24 iyul — Sputnik. "Ultrasəs müayinəsi (USM) dünyada tibbdə geniş yayılmış müayinə metodlarından biridir. Son illərdə onun zərərsiz olduğu təsdiqlənib".

Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Günay Əhmədova bildirib.

O, qeyd edib ki, ultrasəs aparatının iş prinsipi ultrasəs dalğalarına əsaslanır və bu səs dalğaları orqanlarda fərqli şəkildə görüntülər əks etdirir və o görüntülər əsasında diaqnoz qoyulur.

"Bu səs dalğaları insan qulağının eşidə bilməyəcəyi dalğalardır. Tibbin bütün sahələrində US müayinəsi, US görüntülənməsi geniş istifadə olunan müayinələr metodudur, zərərsizdir. Hamilələrdən tutmuş, yeni doğulmuş körpələrə və hər yaşda olan insan qrupuna tətbiq olunan müayinə metodudur. Zərərli olsaydı, məsələn, hamilə qadınlar hər gün və ya iki gündən bir USM-dən, dopplerdən keçməzdilər. Biz onları ginekoloqlarla bərabər təqibdə saxlayırıq. Zərərli olsaydı biz bunları sözsüz ki, tətbiq etməzdik. Sonda demək istərdim ki, USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur" – həkim əlavə edib.

G. Əhmədova hamıya mütəmadi olaraq US müayinəsindən keçməyi məsləhət görür.

Əsas mövzular