Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əcnəbi idmançılar Azərbaycanda həkim yardımı istədilər

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Təcili Tibbi Yardıma idmançılardan 7 müraciət daxil olub

BAKI, 24 iyul — Sputnik. Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərdən 6-sı kiçik travmalarla əlaqəli olduğundan, həkimlər idmançılara yerindəcə yardım ediblər.

Məlumata görə, 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona yardım edildikdən sonra xəstəxanadan buraxılıb.

Xəbər lenti
0