Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST dəhşətli virusla bağlı həyəcan təbili çalır

© REUTERS / Olivia AclandKonqo vətəndaşına Ebolaya qarşı vaksin vurulur, 18 avqust 2018-ci il
Konqo vətəndaşına Ebolaya qarşı vaksin vurulur, 18 avqust 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ebolanın regionda yayılması riski çox böyük olsa da, onun region sərhədlərindən kənara keçmə riski aşağıdır

BAKI, 18 iyul — Sputnik. Ebola virusunun Konqo Demokratik Respublikasında (KDR) epidemiyası beynəlxalq miqyaslı fövqəladə haldır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bəyan edib. Bəyanat ÜST-ün rəsmi saytında yerləşdirilib.

Bu ay Konqonun qonşu ölkələrlə sərhədində ebolaya yoluxma, eləcə də bu virusdan ölüm hallarının baş verdiyini xatırladan Gebreyesus qeyd edib ki, ebola üzrə komitə bu faktları nəzərə alaraq fövqəladə hal elan etməyi məsləhət görüb.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Ağdaşda xəstəxanada baş verən ölüm araşdırılır, işdən uzaqlaşdırılanlar var

Qeyd edək ki, bu həftənin əvvəli Konqonun Ruanda ilə sərhədində yerləşən Qoma şəhərində bir nəfər eboladan vəfat edib. Bu virusdan ikinci ölüm faktı Uqanda ilə sərhəddə baş verib.

Gebreyesus vurğulayıb ki, "ebolanın KDR və regionda yayılması riski çox böyük olsa da, onun region sərhədlərindən kənara keçmə riski aşağıdır".

ÜST rəhbəri səyahətlərə və ya ticarətə hər hansı bir məhdudiyyətin qoyulmasını məsləhət görmədiyini qeyd edib. Belə ki, bu, virusun qarşısını almaq əvəzinə onunla mübarizəyə mane olacaq.

Konqoda ebola epidemiyası 2018-ci ilin iyulunda başlayıb. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2512 yoluxma faktı qeydə alınıb, bunlardan 1676-sı ölümlə nəticələnib. Virusa yoluxmuş 700 nəfərin isə sağaldığı bildirilir.

Qeyd edək ki, ebola epidemiyası 2014-2016-cı illərdə Qərbi Afrikada 11,000 insanın ölümünə səbəb olub.

Xəbər lenti
0