16:03 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Yuxuda olan qız, arxiv şəkli

Somnoloq neçə saat yatmaq lazım olduğunu açıqladı

CC0 / Claudio Scott / Sleep
SƏHİYYƏ
Qısa URL
244 0 0

Hər bir insanın öz yuxu norması var

BAKI, 13 iyul — Sputnik. İnsan orta hesabla yeddi-səkkiz saat yatmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə həkim-somnoloq Aleksandr Palman "RT" agentliyinə deyib.

Onun sözlərinə görə, hər bir insanın öz yuxu norması var. Normadan az və çox yatan insanlar da var ki, onlar üçün adi yeddisaatlıq yuxu müvafiq olaraq uzun və ya qısa ola bilər.

Həkim bildirib ki, yuxu çatışmazlığını istirahət günləri daha çox yatmaqla kompensasiya etmək olar, lakin bu cür həyat tərzi müntəzəm olmamalıdır.

Bundan başqa, hipersomniya adı ilə tanınan həddindən artıq yuxululuq halı da müşahidə olunur ki, bu bir sıra xəstəliklərin – depressiyadan tutmuş obstruktiv yuxu apnoesinə kimi problemlərin - simptomu ola bilər. Bu halda həkimə müraciət edib hipersomniyanın səbəblərini aradan qaldırmaq lazımdır.

Əsas mövzular