CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağciyər İnstitutu haqda yayılan qalmaqallı xəbərə aydınlıq gətirildi

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstənin anası xəstəxanada onlara kömək edilməməsi ilə bağlı yayılan məlumatın yalan olduğunu deyib

BAKI, 11 iyul — Sputnik. Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir xəstənin pilləkənlərdə yıxılı vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı. Məlumatda xəstənin vəziyyətinin ağır olduğu və ona heç bir yardım göstərilmədiyi bildirilmişdi.

Yalçın Rzazadə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xəstəxanaya aparılan Yalçın Rzazadənin səhhəti ilə bağlı məlumat verildi

Sputnik Azərbaycan-ın xəbərinə görə, artıq həmin xəstənin kimliyi məlumdur. Lakin xəstənin anası bu gün yayılan məlumatların yalan olduğunu deyib. Anası uzaq yol gəldikləri üçün xəstə oğlunun halsızlıqdan pilləkəndə uzandığını, bunu görən xəstəxana işçilərinin isə ona yardım etdiklərini söyləyib.

Baş verən hadisə ilə əlaqədar olaraq xəstəxanadan münasibət açıqlanıb. Belə ki, adıçəkilən xəstəxananın II Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu Günay Əliyeva izahat yazaraq bildirib ki, hadisə ötən gün, saat 15:21-də baş verib. İzahatda həkim qeyd edir ki, Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Kərimov Sahil Kərim oğlu yerdə uzanmış vəziyyətdə aşkarlanıb. Bunu görən növbətçi həkim dərhal araba gətizdirərək ona yardım göstərildiyini qeyd edir. O, növbədə olduğu müddətdə həmin xəstəyə bir neçə dəfə baxış keçirdiyini, vəziyyətinin isə orta-ağır qaldığını vurğulayıb.

Xəbər lenti
0