15:00 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
156 0 0

Canəli Əkbərov bir neçə günə əməliyyat olunacaq

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Xalq artisti, xanəndə Canəli Əkbərov xəstəxanaya yerləşdirilib. Artıq 4-5 gündür ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alan Xalq artistinin durumunu öyrənmək üçün onunla əlaqə saxladıq. C.Əkbərov Sputnik Azərbaycan-a açıqlamasında ağrılarından, özünü necə hiss etməsindən danışıb: “Siz necə istəsəz, özümü o cür hiss edirəm. Nə bilim, hərdən ağrıyıram. Ağrımayan yerim də var, ağrıyan yerim də var".

O həkimlərin ona dəqiq diaqnoz qoymadığını vurğulayıb: "Sabahda, biri gündə əməliyyat olunmalıyam. Buna görə mənə hər gün nə qədər iynə vurulur, dərman verilir. Amma hələ ki, vəziyyətimlə bağlı dəqiq diaqnoz qoyulmayıb".

Xalq artisti sağalmağa ümidli olduğunu deyib: "Ümid edirəm ki, sağalacağam. Ürəyim döyünür. Ürəkdir də, deyir ki, sağalacağam”.

Lakin aktyorun oğlu Samir Əkbərov isə atasına insult diaqnozunun qoyulduğunu, sadəcə olaraq xəstənin özünə bu haqda məlumat verilmədiyini bildirib: “Atama ürək insultu diaqnozu qoyulub. Yəqin ki, bir neçə günə atam ürəyindən əməliyyat olunacaq”.

“Şəkərlə əlaqədar olaraq atamın ayaqlarında da müəyyən problemlər yaranıb. Səhhətinin birdən-birə pisləşməsi isə ehtimal ki, yaşı ilə əlaqədardır” – deyə S.Əkbərov əlavə edib.

Əsas mövzular