Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Şəfalı əllərin” sahibinin ələ baxan gözləri – Problem yenə qalır

© AFP 2023 / ANNE-CHRISTINE POUJOULATОперации на молочной железе, фото из архива
Операции на молочной железе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim: "İcbari tibbi sığortanın tətbiq zamanı bütün həkimlər sabit əmək haqqı almalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. "İcbari tibbi sığortanın tətbiqi növbəti dövrlərdə səhiyyə işçilərin əmək haqqının artımına gətirib çıxardacaq. Təxminən həkimlərin orta aylıq əmək haqqının 700 manatadək artırılması nəzərdə tutulur. Burada maliyyə mənbələri də müəyyənləşib".

Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Rəşad Həsənov səhiyyə işçilərin gəlirlərinin əmək bazarın tələblərinə uyğun tənzimlənməsinə münasibət bildirərkən deyib.

© Facebook / reshad.hasanov.5İqtisadçı-ekspert Rəşad Həsənov
“Şəfalı əllərin” sahibinin ələ baxan gözləri – Problem yenə qalır - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Onun sözlərinə görə, bu, bir neçə dəfə həkimlərin əmək haqqının artırılması deməkdir: "Çünki hazırda Azərbaycanda səhiyyə təhsil və kənd təsərrüfatı sektorundan sonra üçüncü aşağı səviyyəli orta aylıq əmək haqqının mövcud olduğu sahədir. Amma bir məsələni qeyd etmək lazımdır ki, mövcud şərtlər daxilində keyfiyyətli səhiyyə xidmətlərinin 700 manat əmək haqqı ilə təmin edilməsi mümkün görünmür. 

Врач выписывает рецепт  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yeni qayda: həkimlər daha firma dərmanı yaza bilməyəcəklər
Çünki dünya səviyyəsində bir həkimin yetişməsi üçün təxminən 250-400 min ABŞ dolları məbləğində vəsait sərf olunur. Düzdür, ölkəmizdə bu göstəricilər aşağı olsa da, bu, uzun müddətli zəhmət tələb edən və kifayət qədər xərcli bir prosesdir".

Onun fikrincə, belə bir prosesi keçmiş mütəxəssisi 700 manat əmək haqqı ilə çalışdırmaq düzgün deyil: "Əgər belə olarsa, effektiv nəticələrin əldə edilməsi mümkün deyil. Düzdür, indiki şərtlər daxilində peşəkar həkimlərimiz bir neçə özəl tibb müəssisələrində xidmətlər təklif etməklə öz gəlirlərini dəfələrlə, yəni rəsmi statistikada əksini tapandan qat-qat artıq səviyyəyə yüksəldə bilirlər. Bu da təbii bir prosesdir. Amma istənilən halda marjinal gəlir məsələsi var".

"Əgər özəl sektorla müqayisədə dövlət səhiyyə sistemində aşağı əmək haqqı tətbiq etsək, buraya keyfiyyətli, peşəkar həkimlər cəlb edə bilməyəcəyik. Son nəticədə dövlət səhiyyə sistemi özəl sektorla müqayisədə yenə də aşağı keyfiyyətli xidmətlər təklif etmiş olacaq" – deyə iqtisadçı əlavə edib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a deyib ki, icbari tibbi sığortanın tətbiq zamanı bütün həkimlər sabit əmək haqqı almalıdır: "Amma məsələ isə belə qoyulub ki, daha çox insana xidmət göstərən həkim yüksək maaş alacaq. Bu da o deməkdir ki, qəbul şöbəsindən, müxtəlif instansiyalardan xəstələri müəyyən həkimlərə yönəldəcəklər, yenə də bir qrup həkim kənarda qalacaq. Digər tərəfdən, əgər həkimlərə diplom verilibsə, bunların arasında fərq ola bilməz. O baxımdan hesab edirəm ki, dünyanın hər yerində olduğu kimi, ən azı dövlət xəstəxanalarında həkimlərin maaşı sabit olmalıdır. Məsələn, həkim-cərrah sabit maaş almalıdır. Bu zaman xəstələrin həkimlər üzrə paylanması olacaq, həkim seçimi olmayacaq".

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
“Şəfalı əllərin” sahibinin ələ baxan gözləri – Problem yenə qalır - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

Yüksək ixtisaslı həkim seçimi məsələsinə gəlincə ekspert bildirib ki, dünyanın hər yerində olduğu kimi, bunlar sığorta paketindən çıxa bilər: "Bu zaman ola bilər vətəndaş əlavə ödəniş etsin. Biz bu sahədə Türkiyə təcrübəsini tətbiq edə bilərik".

Onun sözlərinə görə, pilot olaraq icbari tibbi sığortanın tətbiq ilə bağlı Mingəçevir, Yevlaxda ciddi çatışmazlıqlar olub: "Heç olmasa, bundan nəticə çıxarmalıyıq. Nəyə görə bu işə mütəxəssislər cəlb olunmur? Buraya peşəkar şəxsləri cəlb etmək, real mühiti nəzərə almaq lazımdır. Bu məsələ elə həll olunmalıdır ki, bu, sosial narazılığa yol açmasın".

Qeyd edək ki, bu yaxınlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, səhiyyə sistemində çalışan işçilərin gəlirləri əmək bazarının tələblərinə uyğun tənzimlənəcək: 

UAFA-nın Bakıda yerləşən mərkəzində - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beş dəfə başından əməliyyat olunan onkolji xəstə, padşahın dostu olan "dovşan dodaq"...
"Əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir".

Xatırladaq ki, Baş nazirin müavini Əli Əhmədov Trend-ə müsahibəsində deyib ki, icbari tibbi sığortanın tətbiqi əhalinin sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcək: "Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə insanlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi təmin olunacaq. Ölkə üzrə həkimlər daha yaxşı əməkhaqqı ala biləcək və insanların həkimlərə qarşı tələbkarlığı da artmış olacaq. Sığorta sistemində hər bir həkim müalicə etdiyi insana görə əməkhaqqı alacaq. Daha çox insana xidmət göstərən həkim yüksək əməkhaqqı alacaq, bu və ya digər səbəblərdən az xəstə qəbul edənlər isə aşağı əməkhaqqı almaq məcburiyyətində qalacaqlar. Həkimlər də daha keyfiyyətli xidmət göstərməyə çalışacaqlar ki, insanlar məhz onların qəbuluna gəlsinlər. Beləliklə, səhiyyənin keyfiyyəti yüksələcək".

Xəbər lenti
0