12:26 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Həkim əməliyyatdan əvvəl

ABŞ-da həkimlərə abort və evtanaziyadan imtina etmək hüququ verilib

CC0 / Martin Büdenbender / Doctor
SƏHİYYƏ
Qısa URL
29 0 0

Yeni qaydalar əxlaqi və ya dini düşüncələri baxımından abort, sterilləşdirilmə və evtanaziya ilə bağlı tibbi xidmətlər göstərmək istəməyən mütəxəssislərin hüquqlarını müdafiə edəcək

BAKI, 12 may — Sputnik. Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Təminat Nazirliyi xəstəxanaların və sağlamlıq müəssisələrinin işçiləri üçün yeni "Şərəf qaydaları"nı dərc edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalar əxlaqi və ya dini düşüncələri baxımından abort, sterilləşdirilmə və evtanaziya ilə bağlı tibbi xidmətlər göstərmək istəməyən mütəxəssislərin hüquqlarını müdafiə edəcək.

"Şərəf qaydaları" tibb işçilərinə onların şərəflərinə toxunan abort, sterilləşdirilmə və ya intihara yardım kimi hərəkətlərdə iştirakdan imtina etdikləri zaman tibbi praktikanı məcburi şəkildə dayandırmayacaqlarına zəmanət verir. Bu, həmçinin müxtəlif dini səhiyyə müəssisələrinin özlərinin dini mənsubiyyətini, əqidəsini və identikliyini başqalarına xidmət etmək missiyalarının bir hissəsi kimi qorumaq hüquqlarını müdafiə edir.

Sənəddə, həmçinin qeyd edilir ki, öz işçilərinin şərəf hüquqlarını pozan tibb müəssisələri federal maliyyə dəstəyindən məhrum olunacaqlar.

Əsas mövzular