12:27 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Panik atak

Panik atakın əlamətləri müəyyən olunub

CC0 / Hichem Deghmoum / panic
SƏHİYYƏ
Qısa URL
91 0 0

Panik atakı narahatlıq hissindən fərqləndirməyi bacarmaq lazımdır

BAKI, 25 aprel — Sputnik. Beylor Tibb Kollecinin (ABŞ) mütəxəssisləri panik atakın əlamətlərini müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, professor Asim Şahın sözlərinə görə, panik atakın əsas əlamətləri ürək döyüntülərinin artması, idarəetməni itirmə hissi, sinədə sıxılma, nəzarətin itməsi, titrəmə, boğazda tıxanma və tərləmədir.

"Panik tutmaları ürək tutmasını xatırlada bilər. Buna görə də panik atak yaşayan insanlar təcili yardıma müraciət edirlər. Burada onlara vəziyyət izah edilir. Panik tutmaları müalicəyə tez təslim olur. Buna görə də siz onu hiss etdiyiniz zaman kömək üçün həkimə müraciət edin" – deyə Şah bildirib.

O, eyni zamanda əlavə edib ki, panik atakı narahatlıq hissindən fərqləndirməyi də bacarmaq lazımdır: "Panik atak, adətən 30 dəqiqədən çox davam etmir, narahatlıq, həyacan hissini isə aylarla hiss etmək mümkündür".

Alimlərin fikrincə, panik atak genetik olmaqla yanaşı, həssaslıq və güclü stressdən də yarana bilər.

Əlaqədar

Dörd yüz kiloqram xəstəliyə tutulmuş heyvan əti aşkarlanıb
İndi də qulaqdibi xəstəliyi yayılıb
Elektron siqaretlər ağciyər xəstəliklərinə səbəb olur
Teqlər:
həkim, əlamət, panik atak

Əsas mövzular