20:12 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Микробы, фото из архива

İndi də qulaqdibi xəstəliyi yayılıb

CC0 / qimono / Infection
SƏHİYYƏ
Qısa URL
80 0 0

Xəstəlik insandan-insana danışıq, öskürək və asqırma zamanı hava-damcı yolu ilə yoluxur

BAKI, 19 aprel — Sputnik. 2019-cu ilin ilk rübündə Qırğızıstanın Bişkek şəhərində 120 qulaqdibi xəstəliyi faktı qeydə alınıb. Sputnik Azərbaycan Bişkek Dövlət Sanitar-Epidemiologiya Mərkəzinin saytına istinadən xəbər verir ki, epidemik qulaqdibi xəstəliyi daha çox peyvənd edilməmiş böyüklərdə müşahidə edilib.

Xəstəliyə yoluxanların (71,6 faizi) 86 nəfəri böyüklərdir.

Epidemik qulaqdibi insandan-insana danışıq, öskürək və asqırma zamanı hava-damcı yolu ilə yoluxur. Xəsətlik kəskin şəkildə başlayır. Xəstənin 5-7 gün müddətində 38-40 C hərarəti olur. Baş ağrıları, iştahsızlıq, zəiflik müşahidə edilir.

Xəsətlik zamanı tüpürcək vəzilərində şişlik meydana gəlir. Xəstəlik çox zaman yüngül keçsə də, onu zərərsiz infeksiyalara aid etmək olmaz.

Əlaqədar

Xəstənin dişlərini müayinə edən stomatoloq gözlərinə inanmayıb
Dünyada sürətlə yayılan yoluxucu xəstəliklə bağlı Azərbaycanda son durum
Dörd yüz kiloqram xəstəliyə tutulmuş heyvan əti aşkarlanıb
Teqlər:
epidemiya, Qırğızıstan, xəstəlik

Əsas mövzular