11:31 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Qızılca xəstəliyinə tutulan uşaq

Həyəcan siqnalı: Təhlükəli xəstəlik sürətlə yayılır

© AFP 2019 / JOE RAEDLE
SƏHİYYƏ
Qısa URL
129 0 0

Cari ilin ilk 3 ayında 170 ölkədə 112163 qızılca faktı qeydə alınıb

BAKI, 17 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada qızılca xəstəliyinin bu ilin ilk 3 ayında keçən illə müqayisədə 4 dəfə artdığını açıqlayıb. Sputnik Azırbaycan xarici mətbuata istinadla xəbər verir ki, ÜST-ün hesabatına görə, hazırda dünyanın bir çox ölkələrində qızılca sürətlə yayılır. 

Konqo Demokratik Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Madaqaskar, Myanma, Filippin, Sudan, Tailand və Ukrayna kimi ölkələrdə sürətlə yayılan xəstəlik, başda azyaşlı uşaqlar olmaqla çox sayda insanın ölümünə səbəb olub. Hesabata görə, 2017-ci ildə 110 min insan qızılcadan dünyasını dəyişib.

Qızılca görmə və eşitmə qabiliyyətinin itirilməsinə, beyində müxtəlif problemlərə, habelə xəstəlikdən sonrakı dövrdə də bütün həyat boyu müxtəlif fəsadlara səbəb olur.

ÜST bildirir ki, bu ilin ilk 3 ayında 170 ölkədə 112163 qızılca faktı qeydə alınıb. Ötən il isə 168 ölkədə 28124 xəstəlik faktı qeydə alınmışdı. Bu, qızılca faktlarının dəfələrlə artması deməkdir.

Qızılca faktı Afrikada 700, Amerika qitəsində 60, Avropada 300, Cənub-şərqi Asiyada 40 faiz artıb.

Xəsətlik halsızlıq, öskürək, burun axması, gözlərdə qızartı ilə başlayır. Sonra xəstənin bədəni incə qızartılarla örtülür. Qızılca qulaq infeksiyasına, ishala, sətəlcəmə səbəb olaraq ölümlə nəticələnə bilər.

Əlaqədar

Qeybulla: “Qızılca ilə mübarizə üçün vaxtında vaksinasiya işləri aparılmalıdır”
Qızılca, məxmərək, suçiçəyi: Onları necə fərqləndirməli və necə qorunmalı?
Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı məlumat yayıb
Teqlər:
xəstəlik, qızılca, ÜST, Ümumdünya Səhiyyə Təşkilatı

Əsas mövzular