02:22 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Пресс-конференция на тему Гемофилия в Азербайджане: как бороться с проблемой

"Hemofiliyalı xəstələrin 80 faizi 15 yaşdan yuxarı şəxslərdir"

© Sputnik / Nigar Maharram
SƏHİYYƏ
Qısa URL
90 0 0

Elmira Qədimova: "Təəssüflər olsun ki, onların dərmanı olmadığından Bakıda bir hadisə baş verdikdə bizə üz tutub dərman alırlar"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 11 aprel — Sputnik. "Öncəki illərlə müqayisədə Azərbaycanda hemofiliya xəstələrinin sayı artıb. 2005-ci ildə belə xəstələrin sayı 80, hazırda isə 1633-dür".

Bu açıqlamanı Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında verib.

"Biz bacardığımız qədər xəstələri dərmanla təmin edirik. Lakin ötən il dərman təminatı ilə əlaqədar müəyyən problemlərimiz yarandı. Dərmanlar baha olduğundan onların sayı azaldı. Lakin ötən illə müqayisədə 2019-cu ildə biz müəyyən qədər vəziyyətdən çıxa bildik. Səhiyyə Nazirliyi bizə bu işdə kömək etdi" - o bildirib.

Mərkəzin 1973-cü ildən fəaliyyət göstərdiyini deyən direktorun sözlərinə görə, bu gün hemofiliyalı xəstələrin 80 faizi 15 yaşdan yuxarı şəxslərdir. E.Qədimova, həmçinin xəstələrin dərmanla təchizatı haqda danışaraq qeyd edib ki, bu dərman və iynələrin qədərindən artıq istifadəsi də müəyyən problemlərə səbəb ola bilir.

"Bu gün əsas problemlərdən biri də bölgələrdə dərman çatışmazlığıdır. Bölgələri də dərmanla təmin etmək lazımdır. Bu gün Naxçıvanda hemofiliya ilə mübarizə sıfır səviyyəsindədir. Belə xəstələr harasa gedəndə öz dərmanlarını da birgə aparmalıdırlar. Lakin təəssüflər olsun ki, onların dərmanı olmadığından Bakıda bir hadisə baş verdikdə bizə üz tutub dərman alırlar" – kafedra müdiri əlavə edib.

E.Qədimova, bundan başqa, vaxtilə geniş istifadə edilən plazma preparatlarının Hepatit C xəstəliyinin yaranmasına səbəb olduğunu da vurğulayıb.

Əlaqədar

Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə üzərində cərrahiyyə əməliyyatı aparılır
Dünyada hemofiliyalı xəstələrin 80 faizi dərmanla təmin olunmur
Ekspert Azərbaycanda hemofiliyalı xəstələrlə bağlı vəziyyəti açıqladı
Teqlər:
dərman, qan, xəstəlik, xəstə, hemofiliya

Əsas mövzular