11:14 22 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov

Dünyada 20 milyon vərəmli xəstə var

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
12 0 0

Komitə sədri bildirib ki, bu istiqamətdə işlər daha da gücləndirilməlidir

BAKI, 14 mart - Sputnik. “Son dövrlərdə vərəmlə mübarizə istiqamətində həm dünyada, həm də Azərbaycanda xeyli işlər görülüb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün komitədə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmədə deyib.

Onun sözlərinə görə, Azərbaycanda vərəmlə mübarizə, bu sahədə kadr potensialının yaxşılaşdırılması, ən müasir dərmanlarla təchizat sahəsində xeyli işlər görülüb: “Vərəm qlobal problemdir, bütün dünyada yaşayaş insanları narahat edən problemdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxanda görürsən ki, dünyada 20 milyon vərəmli xəstə var. Təxminən 6,5-7 milyon insan vərəmdən dünyasını dəyişir”.

Komitə sədri bildirib ki, bu istiqamətdə işlər daha da gücləndirilməlidir: “ÜST vərəmlə mübarizəni prioritetlərdən biri kimi qeydə alıb. Ölkəmizdə bu istiqamətdə çox işlər görülür, hər il büdcədən səhiyyəyə ayrılan vəsait artır”.

Əsas mövzular