23:21 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Şirin yuxu, arxiv şəkli

Yuxu qocalığa və xərçəngə dərman imiş

CC0 / Claudio Scott / Sleep
SƏHİYYƏ
Qısa URL
124 0 0

Təcrübənin nəticələri Mediakl Express jurnalında nəşr edilib

 

BAKI, 7 mart — Sputnik. Yuxu qocalığın və xərçəngin dərmanıdır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu qərara İsrailin Bar-İlana universitetinin alimləri apardıqları araşdırma nəticəsində gəlib. Onların fikrincə, yuxu xromosomların dinamikasını aktivləşdirir və hər bir neyronun genetik materialını bərpa edir.

Təcrübənin nəticələri Mediakl Express jurnalında nəşr edilib. Alimlər bu qərara gəlmək üçün canlı balıq neyronlarından istifadə edib və onların xromosomlarında baş verənlər təhlil edilib. Müəyyən edilib ki, oyanma zamanı DNT-də zədələr toplanır və onların sayı təhlükəli səviyyəyə çata bilər. Yuxu hüceyrə nüvəsinin funksiyalarını dəstəkləyir, orqanı ətraf mühitin zərərli təsirlərindən və daxili mənfi proseslərdən qoruyan xromosomların dinamikasını artırır.

Əsas mövzular