22:44 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Uşaq

Diqqət: Uşaqlara sakitləşdirici dərmanlar verməyin!

CC0 / Ambermb / Little boy
SƏHİYYƏ
Qısa URL
229 0 0

"Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır”

BAKI, 20 fevral — Sputnik. "Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil". Sputnik Azərbaycan-ın xəbərinə görə, uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev belə deyir. 

Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir. E.Rzayevin sözlərinə görə, bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər.

“Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərafdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək  qətiyyən düzgün deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır” - Rzayev vurğulayır.

Mütəxəssis bildirir ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasına işarədir: “Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir”.

Kardioloq qeyd edir ki, bəzi valideynlər uşaqların böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirirlər: "Halbuki, bu, normal haldır. Belə ki, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir".

Əlaqədar

Beyləqanda dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi
Yevlaxda 3 uşaq atası intihar edib
Astarada 5 uşaq atası intihar edib
İraqlı qadının dünyaya gətirdiyi 7 uşaq ölüb – Müəmma var
Teqlər:
dərman, xəbərdarlıq, pediatr

Əsas mövzular