15:18 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Люди за обедом, фото из архива

Güclü qida psixikanı depressiyadan qoruyur

CC0 / StockSnap / Restaurant
SƏHİYYƏ
Qısa URL
4640 0 0

Güclü qida xüsusən qadınları arzuolunmaz psixi pozuntu əlamətlərindən müdafiə edir

BAKI, 19 fevral - Sputnik. Qərbi Sidney Universitetinin mütəxəssisləri bildiriblər ki, psixikanı sağlamlaşdırmaq və depressiyaya düşməmək üçün insanın xüsusi pəhrizə ehtiyacı yoxdur. Qida rasionunu hər hansı şəkildə yaxşılaşdırmaq bu baxımdan daha faydalıdır. AZƏRTAC xəbər verir ki, 45 826 insanın iştirakı ilə tədqiqatların meta-təhlil məlumatları bunu göstərir.

Avstraliyalı tədqiqatçılar müxtəlif pəhrizlərin depressiya və həyəcan hissinə təsirinin yoxlanıldığı bütün klinik sınaqlar barədə indiyədək mövcud olan məlumatları toplayıblar. Nəticədə alimlər bu qənaətə gəliblər ki, psixikanı xoşagəlməz əlamətlərdən qorumaq üçün müəyyən pəhrizə əməl etməyə ehtiyac yoxdur. Bunun üçün qidalanmanı yaxşılaşdırmaq kifayətdir.

Bəs mütəxəssislər “güclü qida” anlayışını necə başa düşürlər?

Layihə müəllifləri deyiblər: “Biz əmin olduq ki, rasionda fastfudun və rafinə edilmiş şəkərin miqdarını azaltmaq, vitaminlərlə, bəsləyici maddələrlə və sellülozla zəngin məhsulların payını artırmaq lazımdır”.

Tədqiqatçılar əlavə ediblər ki, güclü qida xüsusən qadınları arzuolunmaz psixi pozuntu əlamətlərindən müdafiə edir.

Əsas mövzular