12:14 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
ABŞ prezidenti Donald Tramp

Trampın səhhətində müəyyən problemlər aşkar olunub

© AP Photo / Susan Walsh
SƏHİYYƏ
Qısa URL
2410

Həyatında heç zaman alkoqollu içki qəbul etmədiyini və siqaret çəkmədiyini deyən Donald Tramp daha çox "fastfood" və alkoqolsuz qazlı içkilərin düşgünüdür

BAKI, 16 fevral — Sputnik. ABŞ prezidenti Donald Tramp müayinə üçün şəxsi həkiminə müraciət edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə əsasən, əldə edilən nəticələrə görə prezident piylənmə xəstəsidir. Göstərilən nəticələrin normalardan yüksək olduğu bildirilir. Lakin bununla belə Trampın həkimi Sin Konley onun həyatı ilə bağlı hansısa təhlükənin olmadığını bildirib.

Həyatında heç zaman alkoqollu içki qəbul etmədiyini və siqaret çəkmədiyini deyən Donald Tramp daha çox "fastfood" və alkoqolsuz qazlı içkilərin düşgünüdür.

Qeyd edək ki, 1.90 metr boyu, 110 kilo çəkisi olan prezidentin çəkisində ötən illə müqayisədə artımın olduğu deyilir.

Xatırladaq ki, 72 yaşlı prezidentin ürəyində də müəyyən problemlər var.

 

Əsas mövzular