Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı məlumat yayıb

© Photo : The Ministry of Health of the Republic of AzerbaijanЗдание Министерства здравоохранения Азербайджанской Республики
Здание Министерства здравоохранения Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəlik halları, əsasən 20-40 yaşlı və vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib

BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qızılca xəstəliyinə tutulan uşaq - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qızılca, məxmərək, suçiçəyi: Onları necə fərqləndirməli və necə qorunmalı?

Məlumata görə, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.

Xəstəlik halları, əsasən 20-40 yaşlı, vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib. Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Qeyd olunub ki, bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib. Qızılca xəstəliyinə görə epidemioloji vəziyyətin nəzarətdə saxlanıldığı vurğulanıb.

Xəbər lenti
0