21:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
13510

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsində müzakirə ediləcək

BAKI, 18 yanvar - Sputnik. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilməsi planlaşdırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin 2019-cu ilin yaz sessiyası üçün iş planına daxil edilib.

Bundan başqa, iş planında "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında", "Optika və optikaçılıq haqqında" qanun layihələrinin də Səhiyyə komitəsində müzakirə edilməsi nəzərdə tutulur.

Həmçinin, yaz sessiyası dövründə onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı dinləmələr keçiriləcək.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, güman ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsini yaz sessiyasında müzakirə edib plenar iclasa tövsiyə edəcəyik.

Əlaqədar

Gənclərimizin bəlası açıqlandı: Qulaqcıqlar sağlamlıq üçün təhlükəlidir
Əhalinin sağlamlığının təmin edilməsi yolunda mühüm addım atıldı
Gözünüzün sağlamlığı üçün mütəxəssisdən tövsiyələr
Teqlər:
müzakirə, layihə, qanun

Əsas mövzular