08:03 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Donuz qripinə yoluxmamaq üçün maska taxan adamlar

Baş pediatr: "Azərbaycanda "donuz qripi" olub"

© Sputnik / Vladimir Umikashvili
SƏHİYYƏ
Qısa URL
7399 0 0

Nəsib Quliyev: "Ölkəmizdə Ukraynada, Gürcüstanda olduğu kimi təhlükənin olması mümkün deyil, buna baxmayaraq, Səhiyyə Nazirliyi müvafiq tədbirlər görür"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Hazırda "donuz qripi" kimi tanınan H1N1 virusunun törətdiyi qripə əvvəllər "ağır keçən qrip" deyirdilər. Xəstəlik donuzlar arasında daha çox yayıldığına görə isə "donuz qripi" adlandırırlar. Azərbaycanda hələ "donuz qripi"ndən xəstələnmə hadisəsi qeydə alınmayıb".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib. O bildirib ki, hazırda həm uşaqlar, həm də böyüklər arasında mövsümi xəstəliklər mövcuddur.

"Biz bunlara soyuqdəymə xəstəlikləri deyirik. Havaların soyuması, uşaqların məktəblərə, bağçalara, ali məktəblərə qrip ola-ola getməsi və sıx təmaslar nəticəsində əmələ gəlir. Bu il də həmin xəstəliklər istisna deyil. Ölkədə kəskin respirator viruslar xəstəlikləri var. Amma konkret olaraq hər hansı bir virusun törətdiyi epidemiya yoxdur. Yəni əvvəlki illərdə olduğu kimi bir vəziyyətdir" - müsahibimiz vurğulayıb.

Ölkənin baş pediatrı Nəsib Quliyev
© Sputnik / Irade JELIL
Ölkənin baş pediatrı Nəsib Quliyev

N.Quliyevin sözlərinə görə, müvafiq qurumlar tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə virusa qarşı xüsusi tədbirlər görülür: "Keçən ilin oktyabr ayından virus xəstəlikləri ilə mübarizəyə dair nazirin əmri var. Nazirliyin nəzdində Taun Əleyhinə Mərkəz fəaliyyət göstərir ki, qış aylarında bu xəstəliklərə nəzarət etmək mümkün olsun".

"Götürülən nümunələrin nəticələri göstərir ki, konkret bir virusun çox yayılmış bir xəstəliyi mövcud deyil. Bilirsiniz ki, viruslar minlərlədir, 15-ə yaxını isə klassik qrip viruslarıdır. Bu viruslar müxtəlif xəstəliklər törədir. Baxmayaraq ki, qonşu ölkələrdə vəziyyət gərgindir, ancaq ölkədə epidemiya halında hər hasnı bir virusun törətdiyi xəstəlik mövcud deyil" - deyə baş pediatr edib.

O, habelə diqqətə çatdırıb ki, "donuz qripi" dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda olub: "Amma heç vaxt epidemiya halını almayıb. Əvvəllər virusoloji müayinələr, müasir referens laboratoriyalar olmadığına görə, onların hamısını qrip və qripəbənzər xəstəliklər adlandırırdılar. Sonradan qriplərin tərkibi araşdırıldı. İndi "donuz qripi"nə H1N1, "quş qripi"nə H5N1 virusu deyilir".

"İdentifikasiya aparılıb, molekul tərkibi müəyyən edildikdən sonra bu adlar yayıldı. Araşdırmalardan sonra məlum oldu ki, H1N1 virusu donuzlar, H5N1 virusu isə quşlar arasında daha çox yayılır. Elə adları da buna uyğunlaşdırılaraq qoyulub" - həmsöhbətimiz bildirib.

Professor onu da əlavə edib ki, Gürcüstanda donuzçuluq fermaları çoxdur, Azərbaycanda isə Gürcüstanda olduğu kimi "donuz qripi"nin yayılması üçün mənbə yoxdur: "Bu səbəbdən də Azərbaycanda Ukraynada, Gürcüstanda olduğu kimi təhlükənin olması mümkün deyil. Buna baxmayaraq, Səhiyyə Nazirliyi müvafiq tədbirlər görür".

Əlaqədar

"Donuz qripindən" iki nəfər də öldü
"Donuz qripi" bəlası səngiyir
Qonşu ölkədə "donuz qripi"ndən növbəti ölüm baş verdi
"Donuz qripi"nin Azərbaycana niyə keçmədiyinin səbəbi məlum oldu
Teqlər:
Gürcüstan, pediatr, epidemiya, Nəsib Quliyev, Azərbaycan, xəstəlik, H1N1 virusu, donuz qripi

Əsas mövzular