Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkim: "Donuz qripi"ndən özümüzü qorumalıyıq

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidEpidemik qripp
Epidemik qripp - Sputnik Azərbaycan
Abunə olmaq
Gün ərzində bol maye qəbul etmək və kifayət qədər meyvə-tərəvəzdən istifadə etmək lazımdır

BAKI, 8 yanvar — Sputnik. "Donuz qripi ilə bağlı Gürcüstanda vəziyyət yaxşı deyil. Son məlumata görə xəstəxanalar xüsusi rejimlə işləyəcək. Amma rəsmilər xəstəliyin azalma tendensiyasını da qeyd edirlər". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, son məlumata görə, Azərbaycan sərhədlərində əksepidemik tədbirlər görülür.

Эпидемический грипп и ОРВИ - Sputnik Azərbaycan
Gürcüstanda 158 nəfər donuz qripinə yoluxub

"Bizdə hələ ki mövsümi virusların törətdiyi xəstəliklər müşahidə olunur. Yəni gedişatı ağır deyil. Amma istənilən halda özümüzü qorumalıyıq" - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, insanların sıx toplaşdığı məkanlara getməmək, qoruyucu maskadan istifadə etmək, əllər tez-tez sabunla yuyulmalı, xəstə uşaqlar bağçaya, məktəbə, böyüklər işə getməməlidir.

Həkim qeyd edir ki, özünümüalicə üçün ancaq qızdırmasalıcılardan istifadə etmək olar. Həkim təyinatı olmadan antibiotikdən istifadə etmək olmaz. Çünki bu preparatlar viruslara təsir etmir, əksinə vəziyyəti daha da ağırlaşdırır.

Gün ərzində bol maye qəbul etmək və kifayət qədər meyvə-tərəvəzdən istifadə etmək lazımdır.

Xəbər lenti
0