CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Donuz qripi"nin ölkəmizdə yayılması məsələsinə aydınlıq gətirildi

© Sputnik / Pavel Lisitsyn  / Mediabanka keçidDonuz ferması, arxiv şəkli
Donuz ferması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəstəliyin insandan heyvana keçmək ehtimalı da olduğundan xəstə adamların təsərrüfatlarda çalışması yolverilməzdir"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 4 yanvar — Sputnik. "Azərbaycanda donuzlar arasında epizootik vəziyyət sabitdir. Hələlik heç bir narahatlıq yoxdur. Bu xəstəlik insanlar arasında baş verib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə isə hələ ki, "donuz qripi" xəstəliyi heyvanlar arasında qeydə alınmayıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər kimi heyvanlar arasında peyvəndləmə işləri aparılır: "Dövlət Baytarlıq Xidməti hər il olduğu kimi, 2017-2018-ci illərdə epizootik tədbirlər planına uyğun olaraq, "qara yara" (sibir xorası) və klassik Afrika taununa görə, peyvəndləmə aparıb".

"Təsərrüfatlarda hansısa narahatlıq olarsa, vaxtında Baytarlıq Xidmətinin yerli orqanlarına xəbər verilməsi tövsiyə olunur. Bu zaman həm karantin, həm də digər tədbirlərin təşkili ilə xəstəliyin təsərrüfatlara və insanlara keçməsinin qarşısı alınmış olacaq. Xəstəliyin insandan heyvana keçmək ehtimalı da olduğundan xəstə adamların təsərrüfatlarda çalışması yolverilməzdir. Bunun üçün daim diqqətli olmaq, xüsusilə təsərrüfatlarda çalışanlara sanitar gigiyenik qaydalara riayət etmələri tövsiyə olunur" – deyə DBX-nin rəsmisi əlavə edib.

Y.Xanvəli xəstəliyin xüsusiyyətlərindən də danışıb: "Bu xəstəlik heyvanlarda temperaturun yüksəlməsi, ümumi zəiflik, yuxarı tənəffüs yollarının, gözün selikli qişasının, həmçinin ağciyərin iltibahı ilə səciyyələnir. Xəstəlik qrip virusunun A növünə aiddir, H1M1 tipidir. Virus 60 dərəcədə temperaturda 20 dəqiqəyə, 100 dərəcədə isə ani olaraq məhv olunan xəstəlik törədicisidir. Qripə yaşından, cinsindən asılı olmayaraq, bütün donuzlar yoluxsalar da, digərləri ilə müqayisədə 2-8 həftəlik donuz balaları daha həssasdırlar. Bu səbəbdən donuz balaları arasında xəstəlik hallarının 60-70 faizi ölümlə nəticələnə bilir".

Qeyd edək ki, hazırda ölkəmizdə 7 min baş donuz saxlanılır.

Xəbər lenti
0