23:28 16 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9398
Damar

Alimlər insanın dərisi vasitəsilə bioloji yaşını müəyyən edəcək

© Sputnik / Vitaly Belousov
SƏHİYYƏ
Qısa URL
26 0 0

Birləşdirici toxumanın vəziyyəti insanın bioloji yaşını 8 yaşından dəqiqliyi ilə göstərməyə başlayıb.

BAKI, 3 yanvar — Sputnik. İnsanın bioloji yaşı xronoloji yaşından fərqlənir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, amerikalı alimlər insanın bioloji yaşını genləri üzərində müəyyən etməyə çalışıb. Müəyyən edilib ki, onların bəzilərinin çox aktiv olması orqanizimin yaşlanmasından xəbər verir.

Araşdırmada 1 yaşından 94 yaşına qədər 133 nəfər iştirak edib.

Alimlər RNT-nin sıralama üsulu ilə, yaşla dəyişən dəri yaşlanmasının biomarkerlərini müəyyənləşdirib.

Birləşdirici toxumanın vəziyyəti insanın bioloji yaşını 8 yaşından etibarən dəqiqliyi ilə göstərməyə başlayıb.

Araşdırmaçılar müəyyən edib ki, proqeriyadan əziyyət çəkən (genetik bir qüsur erkən yaşlanmağa səbəb olur) insanların orqanizmi 10 yaş böyük görünür.

Araşdırmanın nəticəsi tam dəqiqləşdikdən sonra alimlər insanlara erkən ölümdən qorunmağa kömək edəcək.

Əsas mövzular